Icma.az
close
up
RU
Ermənistanın sülhə tərəddüdü regionda sabitliyin bərqərar olmasını ləngidir ŞƏRH EDİLDİ

Ermənistanın sülhə tərəddüdü regionda sabitliyin bərqərar olmasını ləngidir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ermənistanın sülh prosesində tərəddüdlü mövqe tutmasının əsas səbəbləri həm hərbi, həm də təhlükəsizlik amilləri ilə bağlıdır. 2020-ci il Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar Ermənistanın təhlükəsizlik strategiyasını tamamilə dəyişdirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistan uzun illər boyu öz müdafiəsini əsasən Rusiyanın hərbi və siyasi dəstəyinə söykəndirirdi. Lakin son illərdə Moskvanın bölgədəki rolunun zəifləməsi və Cənubi Qafqazda yeni güc balansının formalaşması bu ölkədə ciddi narahatlıq yaradıb: "Bu vəziyyət Ermənistan rəhbərliyini qərarsızlığa sürükləyir, çünki onlar alternativ təhlükəsizlik mexanizmləri axtarışındadırlar. Digər mühüm amil sərhəd məsələsidir. Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi hələ də yekunlaşmayıb. Bu isə hərbi baxımdan riskli zonaların qalmasına, bəzən də sərhəd toqquşmalarına səbəb olur. Ermənistan ordusu bu bölgələrdə öz mövqelərini itirmək qorxusu ilə sülh prosesində daha ehtiyatlı davranır. Bundan başqa, Zəngəzur dəhlizinin açılması məsələsi də Ermənistan üçün ciddi təhlükəsizlik və suverenlik narahatlığı yaradır. Yerevanda bu layihənin “regional təcridi” dərinləşdirəcəyi fikri üstünlük təşkil edir.

Eyni zamanda, Ermənistan daxilindəki siyasi və ictimai təzyiqlər də bu tərəddüdün mühüm səbəblərindən biridir. Müharibədən sonra cəmiyyətdəki dərin psixoloji travma və revanşist fikirlər sülh təşəbbüslərinə mənfi təsir göstərir. Müxalif qüvvələr sülh sazişini “təslimçilik aktı” kimi təqdim edir və bu da hakimiyyətin qərar qəbul etməsini çətinləşdirir. Belə şəraitdə Ermənistan hökuməti həm daxili sabitliyi qorumağa, həm də beynəlxalq təzyiqlərdən yayınmağa çalışır.

Bütün bu amillər regionun ümumi sabitliyinə də təsir göstərir. Ermənistanın sülh prosesində tərəddüd etməsi bölgədə uzunmüddətli təhlükəsizlik sisteminin formalaşmasını ləngidir. Halbuki Azərbaycan artıq öz hərbi gücü və müasir texnologiyaları ilə regionda əsas təhlükəsizlik təminatçısına çevrilib. 8 noyabr 2020-ci il Zəfər Paradı bunun ən bariz nümunəsidir. Həmin paradda Azərbaycan Ordusunun nümayiş etdirdiyi müasir hərbi texnika, pilotsuz uçuş aparatları və döyüş qabiliyyəti təkcə güc nümayişi deyil, həm də sülhün qorunması üçün ciddi mesaj idi. Bu, göstərdi ki, regionda sülh yalnız balanslı qüvvə və qarşılıqlı etimad şəraitində mümkündür. Ermənistanın sülhə tərəddüdlə yanaşmasının arxasında həm geosiyasi, həm də psixoloji səbəblər dayanır. Lakin regionda dayanıqlı təhlükəsizlik və iqtisadi inkişaf yalnız sülhün bərqərar olması ilə mümkündür. Ermənistan rəhbərliyi nə qədər tez real vəziyyəti qəbul etsə, bir o qədər də regionda sabitlik və əməkdaşlıq üçün şərait formalaşacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri