Icma.az
close
up
RU
Hər mina Ermənistanın simasını göstərir ŞƏRH EDİLDİ

Hər mina Ermənistanın simasını göstərir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağın qısa bir zamanda tam bərpası və insanların öz doğma yurd-yuvalarına geri dönməsi Azərbaycan dövlətinin qarşısında duran əsas tapşırıqlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, buna əngəl olan əsas məsələ isə zamandır: "Azərbaycan Prezidenti cənab İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki, bütün hədəflərimizə çatmaq üçün qarşımızda dayanan yeganə maneə məhz zamandır.

Ermənistanın mina bəlasını ölkəmizin başına gətirməsi isə bizi hədəflərimizdən yayındırmır. Əksinə, ərazilərimizdən çıxarılan hər bir mina Ermənistanın məkirli simasını bir daha göstərir. Hazırda işğaldan azad olunmuş torpaqlarda mina və partlamamış sursatların təmizlənməsi istiqamətində intensiv işlər aparılır. Bu prosesə yalnız yerli mütəxəssislər deyil, həm də xarici şirkətlər cəlb olunub. Türkiyə və İtaliya şirkətləri bu işdə Azərbaycana mühüm dəstək göstərirlər.

Şübhəsiz ki, əsas çətinlik bərpa-quruculuq işlərinin sürətinin zəifləməsidir. Minalı ərazilərdə hər hansı şəxsin iş görməsinə icazə verilmir. İnsan amili ən vacib amildir və buna görə də ilk növbədə torpaqlar qarış-qarış təmizlənir. Bu məqsədlə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” dörd böyük şirkətlə ümumi dəyəri 17 milyon 816 min 592 manat olan müqavilə imzalayıb. Mina təhlükəsi olan ərazilərdə eyni zamanda çəpərlənmə işləri də həyata keçirilir.

Təkcə ötən ay 5622,9 hektar ərazi minalardan təmizlənib. Bu, olduqca böyük rəqəmdir. Burada söhbət yalnız tank və piyada əleyhinə minalardan getmir, həm də müxtəlif hərbi sursatların aşkarlanıb zərərsizləşdirilməsindən gedir ki, bu da həm zaman, həm də böyük maliyyə vəsaiti tələb edir.

İşğaldan azad olunmuş ərazilərə səfərlər zamanı qoyulan məhdudiyyətlərə isə birmənalı şəkildə əməl olunmalıdır. Bu, həm insanların həyatının qorunması, həm də bərpa işlərinin təhlükəsiz aparılması baxımından zəruri şərtdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri