Icma.az
close
up
RU
Ermənistanın təxribatçı addımları Sülhə gedən yolda əngəl RƏY

Ermənistanın təxribatçı addımları Sülhə gedən yolda əngəl RƏY

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Ermənistan bir dövlət kimi yaradılanda təbii olaraq, beynəlxalq güclərin dəstəyi, təzyiqi ilə Azərbaycan ərazilərində formalaşdırıldı və bu məsələ 2020-ci ilin sentyabr ayına qədər bu və digər formada Azərbaycan dövlətinə yalnız ziyan vurmaqla məşğul oldu. Vətən müharibəmizdəki qələbəmiz, bir günlük antiterror tədbirləri bizim suverenliyimizi tam bərpa etməmizə, İlahi ədalətə, milli qanunvericiliyimizə, həm də beynəlxalq hüququn prinsiplərini bərpa etməyimizlə nəticələndi. Biz dünyanın ən qürurlu, qətiyyətli, mübariz xalqı kimi tarix yazdıq.

Təbii ki, qalib olmağımıza baxmayaraq, Azərbaycan artıq Ermənistana sülh əlini uzatdı və bütün bu işğal, müharibələr məsələsinin kitabını bir tərəfə qatlayaraq, yeni səhifə açılmasını təklif etdi. İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün vacib addımların atılmasını da təmin etdi. Təəssüflər olsun ki, Ermənistan bu günə qədər sülhdən, barışıqdan danışsa da, Paşinyan hakimiyyəti hər zaman olduğu kimi digər qüvvələrin arxasında gizlənərək, təxribatlar törətməklə məşğuldur. Yəni, Paşinyan, Mirzoyan və digərləri hər fikrində “bu yaxınlarda sülh müqaviləsi imzalaya bilərik, biz sülh istəyirik” sözlərini desələr də, əməldə başqa şeyləri görürük”.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, son zamanlar Qafanda tələsik bir neçə ölkənin konsulluğunu açmaq ideyası, Avropadan gəlmiş bir qrup kəşfiyyatçının, təqaüdə çıxmış hərbçinin, digər agentlərin orada şou göstərməsi təbii olaraq Ermənistanın hələ də sülh sözünü yalnız manipulyasiya kimi işlətdiyini göstərmiş olur.

Vüqar İskəndərov hesab edir ki, bu yaxınlarda Azərbaycanın sərhəd ərazilərində ermənilərin yeni tunellər tikməsinə başlaması, ərazilərə hərbi texnikaların yığması Fransanın, Niderlandın, Hindistanın, Yunanıstanın və digər dövlətlərin dəstəyi ilə sülhə yox, eskalasiyaya həvəsləndirilməsi onu deməyə əsas verir ki, Azərbaycan hər zaman güclü olmalıdır, ordumuz öz gücünü, əzmini qoruyub saxlamalıdır və inkişaf etdirməlidir. 

“Çünki, hələki sülhə mane olan tərəflər, dövlətlər və qüvvələr kifayət qədərdir və onlar bu gün də Azərbaycan və Ermənistanın stol arxasında əyləşərək danışıqların aparılmasına mane olmağa çalışırlar. Ermənistan da məmnuniyyətlə, onların sifarişlərini hələ də icra etməkdədir və hələ də silahlanır, yaxın ərazilərə qoşun yığır, hərbi texnika daşıyır. Təbii olaraq, bütün bunlar rəsmi Bakı tərəfindən də çox diqqətlə izlənilir.

Düşünürük ki, bütün bu məsələlər Ermənistanın yalnız özünə ziyan vuracaq. Ölkə başçımız dəfələrlə bildirmişdir ki, Ermənistan yenə hansısa bir çizgini keçərsə, təxribatlara əl atarsa, digər qüvvələrin onlara verdiyi vədlərə inanıb addım atarsa layiqli cavabını alacaq və bu cavab daha ağrılı ola bilər. Ona görə də rəsmi İrəvan bütün məsələləri çox yaxşı düşünməlidir, atdığı addımlara çox diqqətlə fikir verməlidir əks halda, Ermənistanın vəziyyəti daha acınacaqlı duruma düşə bilər”, - deyə Vüqar İskəndərov vurğulayıb.

Aminə Nəzərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 Dekabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri