Elçin Mirzəbəyli: Ermənistanın sülhə doğru addımları dönüşsüzdür
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında bildirib ki, “Ermənistan artıq sülhsevər ölkədir”.
O əlavə edib:
“Bəs, 2025-ci ilin Ermənistanı necə görünür? 2025-ci ilin Ermənistanı sülhsevərdir.”
Maraqlı məqam odur ki, Paşinyan sülh retorikasını tez-tez vurğulayır və bu mövzunu daim gündəmə gətirir.
Görəsən, Ermənistanın bu istiqamətdə atdığı addımlar nəticəsində gərginlik azalırmı və bu proses dönüşsüz sayılırmı?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Gununsesi.info-ya açıqlamasında mövzuya belə reaksiya verib:
“Təbii ki, dönüş yoxdur və Azərbaycanın yaratdığı reallıqlar bu prosesi məcbur edir. İkinci mühüm faktor isə Vaşinqton bəyannaməsidir. Vaşinqtonda imzalanan sənəd, eyni zamanda sülh müqaviləsinin paraflanması Ermənistan üçün müəyyən öhdəliklər yaradır. Bu öhdəliklər yalnız Azərbaycanın qarşısında götürülmüş öhdəliklər deyil, həm də dünyanın hegemon gücü qarşısında götürülmüş öhdəlikləri əhatə edir. Nəticədə, Ermənistanda prosesin irəliləməsi üçün praktik addımlar atılmalıdır.
Son günlər müxtəlif bəyanatlar səsləndirilir. Onların bir qismi yalnız sülh haqqında lirik mesajlar xarakteri daşıyır, eyni zamanda mövcud reallıqlara uyğun gəlməyən Ermənistan Konstitusiyası ilə bağlı mülahizələr də yer alır. Bu baxımdan, bəzi bəyanatlar Ermənistanın daxili ictimai rəyini nəzərə alaraq verilmiş mesajlar kimi qiymətləndirilə bilər”.
Elçin Mirzəbəyli onu da vurğulayıb ki, sülh mesajları həm Azərbaycanın kommunikasiyalarla bağlı atdığı addımların nəticəsi, həm də beynəlxalq ictimaiyyətə, o cümlədən Birləşmiş Ştatlara ünvanlanmış mesaj kimi də qəbul edilə bilər.
“Sülh prosesinin davamlı olması Ermənistan daxilindəki bir sıra problemlərin həllinə də təsir edir. Prosesdə iqtisadi faktorlar da əhəmiyyətlidir.
Ermənistan indiki şəraitdə maliyyə dəstəyinə böyük ehtiyac duyur və seçkilərə qədər müəyyən sosial problemlərin həllinə yönəlmiş addımlar atmalıdır. Bu baxımdan, proses iki istiqamətdə həyata keçirilə bilər:
Kommunikasiyaların açılması nəticəsində iqtisadi fəallığın artırılması, Azərbaycanla, daha sonra isə Türkiyə ilə əlaqələrin qurulması və Avropa İttifaqı və digər beynəlxalq qurumlardan Ermənistana həm yardımların edilməsi, həm də investisiyaların təşviq olunması.
Bu iki istiqamət prosesin davamlılığı və sülhün möhkəmlənməsi üçün vacib faktorlardır”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















