Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Panorama.am saytı Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verib.
Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olaraq tətbiq ediləcək.
Qeyd edilib ki, bu təşəbbüs 1363-A və 1902-L nömrəli hökumət qərarları ilə təsdiq edilmiş 2021-2026-cı illər üçün dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir. Proqram rus, ingilis, fransız və qonşu ölkələrin dilləri də daxil olmaqla, xarici və regional dillərin tədrisinin genişləndirilməsini nəzərdə tutur.
Vurğulanıb ki, regional dillər 2022-2023-cü tədris ilində erməni məktəblərində üçüncü xarici dil və ya dərsdənkənar fənn kimi tədris olunmağa başlanıb. O dövrdə proqram Ermənistandakı 33 məktəbdə mövcud olub: 13-ü fars dili, 13-ü türk dili, 4-ü Azərbaycan dili, 3-ü gürcü dili tədris edib.
Nazirlikdən əlavə edilib ki, məktəblər təsdiq edilmiş tədris planları və müəllimləri olduqda dil kurslarının tətbiqi barədə müstəqil qərar verirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Noyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















