Icma.az
close
up
RU
Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb

Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk dərs günü keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlik əməkdaşları və kurs tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Türkiyədə milli mədəniyyətimizi, tariximizi, dilimizin təbliği məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını bildirib.

O, Mərkəz tərəfindən ana dilimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyini, dilimizin tədrisinin qardaş ölkədə maraqla qarşılandığını söyləyib. Samir Abbasov məhz bu marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində Azərbaycan dilinin Tədrisi ocağının yaradıldığını söyləyib. O, dərslərin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmayacağını, eyni zamanda, Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını, müxtəlif mədəniyyət proqramları və görüşlərlə zənginləşdiriləcəyini qeyd edib.

Qeyd edək ki, Qazi Universitetində açılmış Azərbaycan Dilinin Tədrisi Ocağının Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yenidən qurulduğunu, ocaqda

Azərbaycan türkcəsinin tədrisi ilə yanaşı, Azərbaycana, dövlət rəmzlərinə dair guşələr və mini kitabxana da yaradılıb.

Daha sonra Ankaradakı səfirliyimizin humanitar məsələlər üzrə birinci katibi İslam Quliyev çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyədə milli mədəniyyətimiz, tariximiz, ana dilimizin təbliği ilə bağlı həyata keçirdiyi layihələr haqqında danışmış, yeni ocağın ana dilimizi öyrənməklə yanaşı, qardaş ölkənin gənclərinin tariximiz, ədəbiyyatımız və ölkəmizə dair daha çox məlumat almağa imkan yaradacağına ümid etdiyini bildirib.

Diplomat yaradılan dil kurslarında Türkiyədəki tələbələrlə yanaşı, bütün kateqoriyalı insanların iştirak etməsi və dərslərdə müasir informasiya texnologiyalarının tətbiqinin yüksək dəyərləndirib.

Azərbaycan Türkcəsinin Tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova Tədris Ocağının Türkiyədə Azərbaycan türkcəsinin, ana dilimizin tələbələrə öyrədilməsi ilə bağlı əsas tələbləri və şərtləri açıqlayıb. O, həftədə üç dəfə keçiriləcək dərslər üçün dərslik və metodik vəsaitlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcəyini söyləyib. Daha sonra tələbələrin sualları cavablandırılıb və dərslərə start verilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri