“Ermənistanın yeni Konstitusiyası hazırlanacaq”
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Hazırda Ermənistan Konstitusiyasının yeni variantının hazırlanması ilə məşğul olan komitə artıq yaradılıb. Dəyişikliklərin hansı hüquqi mexanizmlər əsasında aparılmalı olduğu müzakirə edilir. Komissiyanın işinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır ki, bu da Ermənistanda növbəti parlament seçkiləri ilinə təsadüf edir”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənsitanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə KİV-ə verdiyi müsahibəsində məlumat verib.
O bildirib ki, Konstitusiyaya dəyişikliklərlə bağlı məsələ hazırkı hakimiyyətin gündəmində qalır və onlar bu prosesi həyata keçirmək əzmindədirlər.
"Ermənistanda demokratik inqilab baş verəndə və indiki hakim partiyamız hakimiyyətə gələndə biz demək olar ki, dərhal bəyan etdik ki, Konstitusiyamıza dəyişikliklər edəcəyik. Bu, təkcə mövcud Konstitusiyaya əlavə deyil, həm də yeni Konstitusiya olacaq", - deyə Mirzoyan vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















