Icma.az
close
up
RU
Paşinyanın istəyi gerçəkləşir, Ermənistanın yeni Konstitusiyası

Paşinyanın istəyi gerçəkləşir, Ermənistanın yeni Konstitusiyası

Icma.az, News24 portalına istinadən məlumat verir.

“Ötən illər ərzində yeni Konstitusiya layihəsi ilə bağlı konsepsiyaların hazırlanmasına cəhdlər olub və bu konsepsiyalar demək olar ki,  hazırlanıb”.

News24.az xəbər verir ki, bunu Ermənistan ədliyyə naziri Srbuhi Qalyan hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.

“İndi bizim vəzifəmiz yeni konsepsiya hazırlamaq deyil, Konstitusiyanın yeni mətnini hazırlamaqdır. Hazırda bu istiqamətdə işlər aparılır. 2026-cı il seçkilərinə qədər yeni Konstitusiyanın mətninin hazırlanmasını təmin etməliyik, bundan sonra təbii ki, referendumun keçirilməsi ilə bağlı qərar veriləcək”,- deyə o bildirib.

Qalyan seçkilərdən sonra Konstitusiya ilə bağlı referendumun keçiriləcəyini də istisna etməyib: “Bəli, çox güman ki, belə də olacaq”.

Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Mən heç nəyi istisna etmirəm, bu məsələ ilə bağlı hələ yekun qərarımız yoxdur, lakin bu gün mövcud olan ifadənin qüvvədə olub-olmaması real həyatımızda heç nəyi dəyişməyib. Bu məqamda mətnin bir hissəsini şərh etmək istəməzdim, bunu müvafiq komissiyanın öhdəsinə buraxacağımızı düşünürəm.

Bundan əlavə, prosesin inklüzivliyini təmin etmək üçün biz vətəndaş cəmiyyəti ilə də çoxsaylı müzakirə aparmağı planlaşdırırıq ki, bu müzakirələr zamanı dəyişikliklər artıq aydın olacaq”. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a şərhində xatırladıb ki, Ermənistan baş naziri Nikol Paşinyan  2018-ci ildən hakimiyyətə gələndən Konstitusiyanı dəyişmək niyyəti olub. E.Mirzəbəyli vurğulayıb ki, Paşinyan bunu əvvəlki Konstitusiyaların legitim əsaslarının olmaması ilə əlaqələndirib: “Əgər yeni Konstitusiya qəbul edilərsə, mətndə Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtina edilməsi ilə yanaşı, Paşinyanın özü üçün də vacib olan bir neçə məqam yer alacaq. Birincisi, Ermənistan Apostol kilsəsinə Konstitusiyanın 18-ci maddəsi ilə verilən müstəsna səlahiyyətdir. İkincisi, erməni diasporuna xalqın ictimai-siyasi həyatında rol oynamaq missiyasının verilməsidir. Hər iki səlahiyyət həm kilsəyə, həm də diaspora Ermənistanın siyasi hakimiyyətinin işlərinə müdaxilə etmək imkan yaradır. Kilsənin Paşinyana olan münasibəti bəllidir. Kilsə ilə indiki Ermənistan hakimiyyəti arasında ciddi fikir ayrılıqları və qarşıdurma var. Diasporun əsas təsisatları “Daşnaksyutun”un təsiri altında olduğu üçün diaspora ilə də Nikol Paşinyan arasındakı münasibətlər kifayət qədər kəskindir. Paşinyan həm də bunlardan xilas olmağa çalışır”.

Paşinyanın son açıqlamasına diqqət çəkən E.Mirzəbəyli qeyd edib ki,  onun Ermənistanı dövlət təfəkkürü olan xalqın formalaşdırdığı dövlətə çevirmək istəyi var: “Yeni Konstitusiya qəbul olunarsa, Müstəqillik Bəyannaməsinə istinadların çıxarılması mümkün ola bilər. Regiondakı mövcud reallıqları, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı prosesləri, Donald Trampın hakimiyyətə gəlməsini və bunun Cənubi Qafqazdakı proseslərə təsir göstərməsini nəzərə alsaq, Ermənistan hakimiyyətində ənənəvi qaydada himayə olunmamaq ilə bağlı ehtimallar olduğu üçün ola bilər ki, prosesləri tez yekunlaşdırmağa üstünlük verirlər”. /yenisabah.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Fevral 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri