Icma.az
close
up
RU
Ermənistanla əhəmiyyətli irəliləyişə nail olunub Rəsmi Bakı

Ermənistanla əhəmiyyətli irəliləyişə nail olunub Rəsmi Bakı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.

Globalinfo.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlxalq münasibətlər sistemində artan siyasi və iqtisadi gərginliklər, beynəlxalq hüququn aşınması, beynəlxalq miqyasda qeyri-müəyyənliyin dərinləşməsi fonunda, milli təhlükəsizliyə qarşı risk və hədələrin neytrallaşdırılması, xarici siyasət maraqlarının effektiv şəkildə təmin edilməsi məqsədilə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib.

Azərbaycan beynəlxalq səylərini uğurla həyata keçirərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirib, regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini məsələlərində rolunu və mövqeyini gücləndirib. 2024-cü il ərzində daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, qlobal əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib. Bu istiqamətdə, Bakı şəhərində uğurla təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın beynəlxalq səviyyədə liderliyinin nümayişi baxımından önəmli olub. Azərbaycanın suveren iqlim diplomatiyasının uğuru sayılan COP29-da 196 ölkə və 200-ə yaxın beynəlxalq, regional və digər təşkilatların nümayəndələri təmsil olunub. COP29 çərçivəsində 12-13 noyabr tarixlərində təşkil edilmiş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsində 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. COP29, əldə olunan konkret nəticələr və qəbul edilmiş qərarların əhəmiyyəti baxımından ən uğurlu konfranslardan biri kimi qiymətləndirilib. 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans, “Bakı Prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq üzrə VI Ümumdünya Forumu, “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans təşkil olunub, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmağımızın 30-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərə və bir sıra digər konfranslara ev sahibliyi edib. Azərbaycan il ərzində Qoşulmama Hərəkatında (QH) sədrlik Troykasının üzvü qismində fəaliyyətini davam etdirib, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatında 2024-2026-cı illər üzrə sədrliyə başlayıb, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM) sədrlik edib. 2024-cü il həmçinin ölkəmizin İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyə qəbul edilməsi ilə əlamətdar olub. Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. Ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri