Icma.az
close
up
RU
Ermənistanla Rusiya arasında gül və konyak müharibəsi

Ermənistanla Rusiya arasında gül və konyak müharibəsi

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanla Rusiya arasında uzun müddətdir davam edən gərginlik yeni mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyanın rusiyalı iş adamı, Ermənistan Elektrik Şəbəkəsi və "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyanın həbsi ilə bağlı qərarı, əslində, Moskvanın ölkədəki təsir rıçaqlarını azaltmaq niyyətini güdür. Paralel olaraq, Apostol Kilsəsinə, 1979-cu ildən KQB agenti olan II Qareginə qarşı savaş da bu niyyətin bir parçasıdır.

Amma qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistanda kifayət qədər təsir rıçaqları var və Kreml müntəzəm olaraq bunları işə salır. Təsadüfi deyil ki, Rusiyaya qarşı atılan son addımlar Ermənistanın gül biznesinə də ciddi ziyan vurulub. Artıq 20 gündür ki, gül ticarəti ilə məşğul olan iş adamları ixraca qoyulan qadağa ilə mübarizə aparırlar.

Bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin nümayəndələri iş adamları ilə görüş keçirərək problemi həll edəcəklərinə söz versələr də, ortada heç bir nəticə yoxdur. Rusiya tərəfinin Ermənistandan gül ixracına qadağa qoymasının səbəbləri ilə bağlı sahibkarlıq subyektlərinin nümayəndələrinə heç bir rəsmi izahat verilmir. Hakimiyyətin terrorçuları müəyyən etmək və kilsə əleyhinə fəaliyyət göstərməklə məşğul olduğu bir dövrdə kənd təsərrüfatı və ixrac da daxil olmaqla, bir çox sənaye sahəsi rüsvayçı vəziyyətə düşüb. Kreditlərdən istifadə edərək istixana tikən sahibkarlar hər gün böyük maliyyə itkilərinə məruz qalırlar ki, bu da bu sahə üçün geridönməz nəticələrə səbəb ola bilər. Külli miqdarda gülü yerli bazarda sata bilməyən ixracatçılar onları atmaq məcburiyyətində qalacaqlar.

Bu problemin əsas günahkarı siyasəti Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbə vuran hökumətdir. Gürcüstan və Rusiya ilə münasibətlərin pisləşməsi dağıdıcı nəticələrə gətirib çıxaracaq.

Çarəsiz qalan və hökumətdən əli üzülən sahibkarlar Eçmiədzin-İrəvan yolunu bağlamaqla etiraz aksiyası keçirirlər. Bir neçə gündür ki, Eçmiədzinin Zvartnots kəndindən olan sahibkarlar Rusiyaya gül ixrac edə bilmədiklərinə görə etiraz aksiyalarına qalxıblar.

Rusiya Federal Xidməti "Rosselxoznadzor" 2025-ci il iyunun 16-dan etibarən Ermənistandan Rusiyaya gül idxalını müvəqqəti qadağan etmək niyyətində olduğunu açıqlayıb. Xidmətdən verilən məlumata görə, bu qərar Ermənistandan gətirilən güllərdə yüksək fitosanitar riski olan karantin zərərvericilərinin dəfələrlə aşkarlanması ilə əlaqədardır. Bununla belə, maraqlıdır ki, Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi də belə bir halın müşahidə edildiyini bildirib. Qurumun rəhbəri Tiqran Petorsyan qeyd edib ki, bu, normal tələbdir və dünyanın hər yerində belədir.

Amma qeyd etmək yerinə düşər ki, "Rosselxoznadzor", əslində, Kremlin Ermənistana təzyiq rıçaqıdır və hər zaman iki ölkə arasında münasibətlər gərginləşəndə nədənsə hansısa məhsullarda uyğunsuzluq aşkarlanır. On illərdir Ermənistanla Rusiya arasında gül ticarəti var və bu illər ərzində belə bir hal müşahidə edilməyib. Amma İrəvan Moskvaya qarşı addım atan kimi, nədənsə güllərin tərkibində yüksək fitosanitar riski olan karantin zərərvericiləri aşkarlanır.

Sahibkarlar üçün işin digər məqamı isə götürülən kreditlərlə bağlıdır. Məlum olub ki, hökumət istixana tikmək və Rusiyaya gül-çiçək ixrac etmək üçün kredit götürənlərə və hazırda mövcud vəziyyətə görə ziyana düşən sahibkarlara güzəşt etmək niyyətində deyil. Bu da onların narazılığına səbəb olub. İş adamları yaranan vəziyyətlə bağlı hökuməti, konkret olaraq isə baş nazir Nikol Paşinyanı ittiham edirlər.

Maraqlıdır ki, problemlə bağlı bir mexanizm də üzə çıxıb. Ermənistandan Rusiyaya göndərilən gül-çiçək sərhədə çatanda ilkin yoxlamadan keçir, sonra son məntəqəyə getməli, artıq qəbul məntəqəsinə gəldiyi, məhsulun qəbul edildiyi barədə fitosanitar sertifikat təqdim etməli, yoxlama aparmalı və çıxışa möhür vurmalıdırlar.

Məhsulları qəbul edən təşkilatların adları sadəcə olaraq uydurulub və ya internetdən götürülüb. Bu sxem nəticəsində vergidən yayınma halları qeydə alınıb. Deyilənə görə, guya uzun illər sonra Rusiya belə bir mexanizmin olduğunu aşkar edib və buna görə də hazırda belə bir problem yaranıb. Əgər belə bir sistem əvvəldən mövcud olubsa, Rusiya tərəfinin bunu görməzdən gəldiyini, əlində təzyiq rıçaqı kimi saxladığını deyə bilərik. Uzun illər saxta şirkət, vergidən yayınma heç bir halda Rusiya vergi xidmətinin nəzərindən yayına bilməzdi. Ehtimal etmək olar ki, bu hal ilk gündən bilinib, sadəcə zamanı gələndə təzyiq aləti kimi istifadə etmək nəzərdə tutulub.

Yuxarıda sadalanan vəziyyətə əlavə olaraq, söyləmək olar ki, artıq erməni konyakına da Rusiyada qadağa tətbiq edilir. Bu yaxınlarda məlum olub ki, erməni konyakının 85%-i Rusiyada keyfiyyət standartlarına cavab vermir. Bu, Konyak, Spirt və Spirtli İçkilər İstehsalçıları İttifaqının araşdırması əsasında üzə çıxıb. Söhbət məhsulların 85%-dən gedir. Nümunələr konyak və brendi üçün GOST standartlarına cavab vermir. Rusiya tərəfi bəyan edib ki, artıq Ermənistanın iqtisadiyyat nazirinin müavini ilə görüş keçirib, vəziyyəti düzəltməyə cəhd ediblər.

İrəvanın bəyan etdiyi təşəbbüslərə baxmayaraq, hələlik konkret nəticə müşahidə edilməyib və tələblərə cavab verməyən məhsulların sayı artmaqda davam edir. Bu isə o deməkdir ki, yaxın günlərdə erməni konyakının Rusiyada satışı tamamilə qadağan edilə bilər. Yəni Kreml əlində olan təzyiq alətlərindən istifadə etməyə başlayıb və Ermənistanı cəzalandırmaq üçün hərəkətə keçib.

Ehtimal etmək olar ki, Moskvanın planı Ermənistanda daxili iğtişaşlara və qarışıqlığa səbəb olmaqdır. Çünki istər gül-çiçək biznesi, istərsə də konyak istehsalı Ermənistanda geniş yayılmış sahələrdir. Onların ən çox ixrac ümidi isə Rusiyadır. Avropaya və ya qonşu ölkələrə gül-çiçək ixracı absurd görünə bilər. Avropanın Niderland kimi çiçək ixracatçısı var. İranın da özündə kifayət qədər istixana var və bu ölkədə gül-çiçək hədiyyə etmək o qədər də dəbdə deyil.

Konyak məsələsində də eyni fikri səsləndirmək olar. Avropanın özünün konyak brendləri var və Ermənistanın bu standartlara yaxınlaşması mümkün deyil. Çünki Aİ-yə mal ixracı çox ciddi standartlar çərçivəsində mümkündür, erməni dövləti isə buna uzun illər hazır olmayacaq. İran və digər ərəb ölkələrində isə spirtli içkilərin satışı mümkün olmadığına görə erməni konyakı üçün Rusiya ideal bazar sayılır. Hazırda yaranan problem isə bu sahədə çalışan onminlərlə insanın işsiz qalması, dolayısı ilə hökumətin siyasətindən narazı düşməsi deməkdir.

2026-cı il seçkisi yaxınlaşdıqca Moskvanın belə bir narazı kütlədən hansı məqsədlər üçün istifadə edəcəyini ehtimal etmək o qədər də çətin deyil...

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri