Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu il Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Moskva ilin sonuna qədər ticarət dövriyyəsinin ötən illə müqayisədə iki dəfə azalacağını gözləyir.
“Əgər keçən il bu 12,4 milyard dollar idisə, bu il altı, bəlkə də bir az daha çox olacaq”, - Rusiya Baş nazirinin müavini əlavə edib.
Ermənistan mətbuatının yazdığına görə, bu ilin birinci yarısında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,4 milyard dollardan bir qədər çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















