Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dolları ötüb
Adelet.az saytına istinadən Icma.az xəbər verir.
"Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dolları ötüb".
Adalet.az xəbər verir ki, bu barədə dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra mətbuat konfransı zamanı bildirib:" Bir ayda bir milyard dollarlıq ticarət dövriyyəsinə sahib olmaq misli görünməmiş göstəricidir".
Nazir Lavrov onu da qeyd edib ki, Rusiya Ermənistan üçün əsas ticarət tərəfdaşı olaraq qalır. O, həmçinin bildirib ki, Rusiya şirkətləri Ermənistanın dövlət büdcəsinə vergi ödəmələrinə görə birinci yerlərdədir və ən böyük işəgötürənlər sırasındadır.
Üstəlik, Rusiya biznesi Ermənistanda genişləndirməkdə maraqlıdır. Rusiya XİN başçısı həmçinin bildirib ki, Moskva Ermənistan rəhbərliyinin Rusiya biznesinə münasibətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, Aİİ çərçivəsində əməkdaşlıq ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Statistika göstərir ki, Aİİ Ermənistan və Rusiyanın sosial-iqtisadi inkişafının təməl daşlarından birinə, hazırkı beynəlxalq vəziyyətin qeyri-sabitliyi və turbulentliyi şəraitində sabit iqtisadi inkişafın mühüm amilə çevrilib.
Qeyd edək ki, ötən ilin sonunda Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk da Rusiyanın Ermənistanın əsas investorlarından biri olduğunu, sənaye layihəsinə investisiyaların 3,4 milyard dollara çatdığını bildirmişdi.
O hətta Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsinin 16 milyard dollara çata biləcəyini də istisna etməmişdi.
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















