Icma.az
close
up
RU
Ermənistanla strateji məhsullar sahəsində əməkdaşlıq digər məhsullar üzrə də əməkdaşlığa gətirib çıxara bilər

Ermənistanla strateji məhsullar sahəsində əməkdaşlıq digər məhsullar üzrə də əməkdaşlığa gətirib çıxara bilər

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan istehsalı olan benzin sabahdan etibarən Ermənistanda “Ran Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsində satışa çıxarılacaq. Bu barədə erməni vəkil və “Birlik Qanadları” siyasi təşəbbüsünün üzvü Raffi Aslanyan məlumat verib. Onun sözlərinə görə, premium benzin Ermənistanda 440 dram (1 manat 96 qəpik) qiymətinə təklif olunacaq. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1 manat 60 qəpikdir.  

Bu satışın regionda enerji ticarəti baxımından diqqətçəkən tərəfi nədir və Cənubi Qafqaz bazarına hansı təsirləri ola bilər? Bu cür iqtisadi əməkdaşlıq gələcəkdə digər enerji məhsullarının da ixracına zəmin yarada bilərmi?

Milli Məclisin üzvü Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan-Ermənistan arasında enerji əməkdaşlığının bərqərar olması Vaşinqtonda əldə edilən anlaşmadan sonra mümkün oldu:

"Burada sözsüz ki, dövlət və hökumət qurumlarının xüsusi payı və töhfəsi var. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, digər tərəfdən biz həm də bütövlükdə şirkətlərin bu prosesə cəlb edilməsini müşahidə etdik. Şirkətlər Azərbaycan neft ixracında və Ermənistan üçün idxalda praktiki olaraq aktiv şəkildə iştirak edirlər. Bu da kommunikasiyaların bərpa edilməsi və iqtisadi əlaqələrin bərpası baxımından vacibdir. Çünki strateji məhsullar sahəsində əməkdaşlıq digər məhsullar üzrə də əməkdaşlığın formalaşmasına gətirib çıxara bilər. Məqsəd də ondan ibarətdir ki, kommunikasiyaların yenidən açılması həm də iqtisadi və ticarət əlaqələrinin mərhələli şəkildə bərpasına səbəb ola bilsin".

Millət vəkili əlavə etdi ki, biz bu əlaqələr bərpa edilincə fərqli arqumentlərlə, xüsusən də Ermənistanın revanşist qanadının fərqli arqumentləri ilə rastlaşdıq.

"Hətta Qazaxıstan buğdası Azərbaycan ərazisi vasitəsilə Ermənistana aparılan zaman, o buğda ilə də bağlı fərqli yanaşmalar var idi. Buğda Ermənistana aparılan zaman Ermənistan iqtisadiyyat naziri həmin buğdadan hazırlanan ilk çörəyi birinci onun özünün yeyəcəyini də bəyan etmişdi. Praktiki olaraq cəmiyyətə Ermənistanın özü tərəfindən fərqli mesajlar verildiyini görürük. Ona görə də proses davam etdikcə, kommunikasiyalar bərpa olunduqca biz fərqli iddiaları və mesajları görəcəyik. Amma əslində son proses onu göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Azərbaycan regionda əməkdaşlığın formalaşması və stabilliyin əldə edilməsində maraqlıdır. Bu da, təbii ki, nəticə etibarilə bütövlükdə yalnız Azərbaycan–Ermənistan arasında əlaqələrin bərpası deyil, bütövlükdə Cənubi Qafqaz üçün inkişaf modelinin formalaşması anlamına gəlir", - deyə Vüqar Bayramov bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri