Icma.az
close
up
RU
Yoxlamalardan sonra: Kosmetoloq və plastik cərrahlar qiyməti qaldırdı

Yoxlamalardan sonra: Kosmetoloq və plastik cərrahlar qiyməti qaldırdı

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son aylarda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yayıldıqdan sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıldı. 

Bununla bağlı 2024-cü ilin dekabr ayında Səhiyyə Nazirliyi plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılması məqsədilə Xüsusi Təftiş Komissiyası yaratdı və onlardan 2025-ci il 31 yanvar tarixinədək müvafiq sənədləri təqdim etmələrini tələb etdi. Bu yoxlamalar nəticəsində 2025-ci ilin fevral ayında bir neçə plastik cərrahın sertifikasiya şəhadətnamələri ləğv edildi. 

Proses hələ davam etsə də, tələblərə cavab verməyən bəzilərinin bu sektordan çıxarılması həm cərrahların, həm də klinikaların fəaliyyətinə ciddi təsir göstərir. Belə ki, yoxlamalar və cəzalar səbəbindən artıq bu sahədə fəaliyyət göstərənlərin sayı azalıb. Məlumata görə, bunun nəticəsində isə plastik və estetik xidmətlərin qiymətləri əhəmiyyətli dərəcədə bahalaşıb. 

Dərman və tibbi vasitələrin qiyməti stabil qalsa da, kosmetoloqlar, plastik cərrahlar  öz xidmət haqlarını artırıblar. Bunun əsas səbəbi isə sektorda daha az sayda mütəxəssisin qalması və onların “mən saxta deyiləm” mesajı vermək istəməsidir. 

“Cebheinfo.az” plastik cərrah və kosmetoloqlarla əlaqə saxlayaraq məsələyə münasibət öyrənmək istəsə də, 3 məşhur mütəxəssis sualı cavablandırmaqdan imtina edib. Adının açıqlanmasını istəməyən tanınmış estetik doktor isə bildirib ki, proses hələ tam yekunlaşmayıb və vəziyyətin necə olacağı yaxın günlərdə daha aydın görünəcək. Onun sözlərinə görə, qiymətlərin artması ilə bağlı yayılan məlumatlarda  bir məntiq var: 

"Hələ dəqiq bilinmir  ki, kimlər qalacaq, kimlər gedəcək. Rəsmi siyahı açıqlanmayıb, yoxlamalar davam edir. Ancaq məntiqi baxımdan qiymət artımı mümkündür. Kimlərin sektorda qalacağı məsələsi də yaxın günlərdə bilinəcək. 

Bəzi sənədsiz olanlar var ki, işi daha yaxşı görür, amma sənədi olan bəzi mütəxəssislər eyni nəticəni əldə edə bilmirlər. Qiymətlərin artması ilə bağlı yayılan xəbərlərdə müəyyən qədər həqiqət ola bilər. Bu tendensiya önümüzdəki günlərdə və aylarda daha aydın görünəcək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: plastik əməliyyat yoxlama cərrahlar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see173

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see166

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see156

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see142

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see132

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see131

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see131

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see129

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see128

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see127

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see126

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see126

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see124

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see124

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see121

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri