Icma.az
close
up
RU
Ərzaq qiymətləri artıb, Yeni il süfrəsi neçəyə başa gələcək? Ekspert RƏYİ

Ərzaq qiymətləri artıb, Yeni il süfrəsi neçəyə başa gələcək? Ekspert RƏYİ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi Azərbaycanda ərzaq məhsulları kəskin bahalaşıb.

Dövlət Statistika Komitəsindən daxil olan məlumata görə, hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları 4,4 faiz, qeyri-qida məhsulları 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 6,0 faiz bahalaşıb.

Komitə bildirir ki, cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.

Yeni il bayramına artıq sayılı günlər qalıb. Bəs orta statistik ailənin Yeni il süfrəsi təxminən neçəyə başa gələcək?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a danışıb:

"Azərbaycanda həmişə belədir: Yeni il və Novruz bayramlarından əvvəl ərzaq qiymətləri kəskin artır. Təəssüf ki, uzun illərdir belə bir "ənənə" formalaşıb.

Yeni il süfrəsinə gəldikdə, bu, daha çox ailənin qazancından asılıdır. Elə ailələr var ki, Yeni il süfrəsinə 2000-3000 manat xərcləyə bilir, elələri də var ki, 200 manatla yola verməyə çalışır. Yəni hər kəs imkanı nəyə çatırsa, onunla kifayətlənir. Buna görə də hesab edirəm ki, orta statistik 4 nəfərlik Azərbaycan ailəsinin Yeni il bayramı üçün minimum səviyyədə süfrə qurması təxminən 500-600 manat tələb edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri