Əsas neft yatağında quyular artır, hasilat azalır Son 14 ilin rəqəmləri
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
2025-ci ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 30 milyon barel (4 milyon ton) və ya gündə orta hesabla 331 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3,2% və ya 1 milyon barel az olub. 14 il əvvəl – 2012-ci ilin eyni dövrü ilə müqayisədə isə hasilat 2,2 dəfə aşağı düşüb.
2025-ci ilin ilk rübündə AÇG-də ümumilikdə 145 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub.
Xatırladaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (31,65%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib - 9,57%), İNPEKS (9,31%), “EksonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,92%) şirkətləridir.
Son 14 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı belə olub:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:AÇG yatağında neft hasilatı yenə azalıb Son 14 ilin göstəriciləri
07 Avqust 2025 15:43
Quyular azalanda neft hasilatı artır, quyular artanda qaz hasilatı azalır SOCAR dan maraqlı statistika
03 Oktyabr 2025 13:28
İsrailinən böyük qaz yatağında hasilat dayandırıldı
13 İyun 2025 22:41
Türkiyənin ən böyük neft yatağında gündəlik hasilat 78 min barelə çatıb
07 Mart 2025 14:34
Baxış sayı:106
Bu xəbər 01 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















