Icma.az
close
up
RU
Əsas olan tərəflərin kimliyi, məqsədi və niyyətidir AYDINLIQ GƏTİRİLDİ

Əsas olan tərəflərin kimliyi, məqsədi və niyyətidir AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Onlayn tanışlıqların uğurlu ailəyə çevrilmə ehtimalı əsasən forma və məzmun məsələsinə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, tanışlıq prosesində istifadə olunan formalardan asılı olmayaraq — istər onlayn, istərsə də real görüşlər olsun — ən vacib olan tərəflərin kimliyi, məqsədi və niyyətidir: "İnsanlar sağlam əsaslarla bir-birilə tanış olursa, ailə qurmaq və ya dostluq münasibətləri yaratmaq istəyirsə, sosial şəbəkələrin imkanlarından faydalanmaq tamamilə mümkündür. Sosial şəbəkələr insanlara bir-biri ilə ünsiyyət qurmaq, fikirlərini paylaşmaq, qarşılıqlı anlayış yaratmaq üçün ümumi bir məkandır.

Məsələn, ölkənin fərqli şəhərlərində yaşayan iki insan sosial şəbəkələr vasitəsilə bir-birini tanıyır, söhbət edir, fikirlərini müzakirə edir. Bu, artıq müasir həyatın təbii bir parçasıdır. Əsas məsələ budur ki, burada məqsəd nədir? Əgər insanlar saf, düzgün niyyətlə onlayn platformalarda dostluq, tanışlıq qurur, daha sonra real həyatda görüşüb ailə də qura bilirlərsə, bu, tamamilə normal və qəbul edilən haldır. Hər şey insanların özündən asılıdır. İstər real, istərsə də onlayn mühitdə tanışlıq yalnız bir-biri haqqında ilkin məlumat əldə etməkdir. Əgər bu məlumatlar əsasında münasibət sağlam, təmiz niyyətlə inkişaf edirsə, bu dostluq və ailə üçün möhkəm zəmin yaradır".

Sosioloq qeyd edir ki, əgər münasibətlərdə niyyət və mahiyyət sağlam deyilsə, əxlaqi və mənəvi dəyərlər gözlənilmirsə, bu, istər onlayn, istərsə də real həyatda ciddi problemlərə yol açar. Məqsəd və niyyətin düzgün olmaması münasibətlərin uğursuzluğuna səbəb olur. Bu baxımdan, formalara çox önəm verməmək lazımdır, çünki tanışlığın forması hər cür ola bilər. Son illərdə sosial şəbəkələrdə tanış olub sağlam ailə həyatı quranlar kifayət qədər çoxdur. Mən özüm də belə nümunələri görmüşəm — münasibətlər həm səmimi, həm də davamlıdır. Onlayn platformalar insanlara bir-birini tanımaq, psixoloji durumunu anlamaq, ünsiyyət qurmaq üçün geniş imkan yaradır. Daha sonra isə real görüşlərlə münasibətlər möhkəmlənir, evliliklə nəticələnir.

Ancaq təəssüf ki, sosial şəbəkələrdə sürətlə tanış olub, tez nikah quran bəzi insanlar məqsəd baxımından ziddiyyət yaşayırlar. Çünki münasibətlərin əsası və niyyəti tam aydın olmur, tanışlıq prosesi yetərincə dərinləşmir. Tarixən belə olub ki, insanlar ailə qurmazdan əvvəl bir-birlərini uzun müddət müşahidə edir, xarakterlərini, dəyərlərini, həyat tərzini öyrənirdilər. Əvvəl uzaqdan tanışlıq, sonra ailələr arasında görüşlər, elçilərin gəlişi və uzun bir müddət ərzində nişan mərasimi ilə toy mərasimləri keçirilib. Bu proses bir neçə il davam edir, tərəflər və ailələr bir-birini yaxşı tanımaq üçün vaxt ayırırdı.

Hazırda isə təəssüf ki, çox vaxt tanışlıq sadəcə ilkin bəyənmə üzərində qurulur: gözəllik, xarici görünüş, maddi imkanlar və s. Bu isə tez nikaha, sonra da boşanmalara gətirib çıxara bilər. Əslində, uzunmüddətli, sağlam və səmimi münasibət üçün vaxt amili vacibdir. İstər real həyatda, istərsə də onlayn tanışlıqda, tərəflər bir-birini yaxşı tanımalı, xarakterlərini, həyat tərzlərini, dəyərlərini öyrənməlidirlər. Bu, minimum bir neçə ay, bəzən illərlə davam edən prosesdir.

Yalnız belə şəraitdə gələcəkdə yarana biləcək problemlərin qarşısı alınır və münasibətlər sağlam zəmin üzərində qurulur. Məqsəd isə aydın və təmiz olmalıdır. Tərəflər mənəvi və əxlaqi prinsiplərə əsaslanan münasibət qurmalıdırlar ki, bu münasibət daha davamlı olsun. Bir neçə il ərzində bir-birini dərindən tanıyan insanlar, xüsusilə psixoloji uyğunluq, xarakter və həyat baxışları üst-üstə düşənlər ailə qurmaq üçün daha hazırlıqlı olurlar.

Yekun olaraq, forma heç bir zaman əsas olmayıb və olmamalıdır. Ən vacib olan məzmun, niyyət, məqsəd və münasibətlərin dərinliyi, sağlamlığıdır. İnsanlar nə üçün tanış olur, münasibət qurur, gələcəkdə nə üçün ailə qurmaq istəyirlər — bütün bunlar ön planda dayanmalıdır. Bu prinsiplər yerinə yetirildikdə, həm onlayn, həm də real həyatda qurulan münasibətlər uğurlu ola bilər və uzunömürlü ailələr formalaşa bilər. Əks təqdirdə isə, erkən evliliklər və qarşılıqlı anlaşılmazlıqlar qaçılmazdır. Buna görə də hər kəsə münasibətlərinə diqqət və zaman ayırmaq, niyyətini və məqsədini dəqiq müəyyənləşdirmək tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri