Icma.az
close
up
RU
Təbiətin zənginliyi Azərbaycanın əsas turizm üstünlüyüdür AYDINLIQ GƏTİRİLDİ

Təbiətin zənginliyi Azərbaycanın əsas turizm üstünlüyüdür AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan, əslində, turizm potensialına görə qonşu ölkələrlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu üstünlüklərin sırasında ərazinin biomüxtəlifliyi, iqlim tiplərinin zənginliyi, həm dağlıq, həm də düzənlik ərazilərin mövcudluğu və ümumilikdə təbiətin zənginliyi xüsusi yer tutur". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: "Ədəbiyyatlarda da tez-tez qeyd olunur ki, Azərbaycanda bir neçə iqlim tipi mövcuddur. Ölkənin eni boyunca — şimaldan cənuba doğru hərəkət etdikdə — çox fərqli biomüxtəlifliklərin şahidi olmaq mümkündür. Bu isə, əslində, təbiətin bizə bəxş etdiyi unikal bir möcüzədir.

Məhz bu rekreasiya imkanlarını düzgün şəkildə turizm məhsullarına çevirmək və onları turistlərə təqdim etmək mümkündür. Bu, turizmə olan marağın ciddi şəkildə artmasına şərait yarada bilər. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın digər mühüm üstünlüklərindən biri də infrastruktur sahəsində görülən işlərdir. Ölkə həm də təhlükəsiz bir məkan kimi seçilir. Turistlərin özlərinin dəfələrlə vurğuladığı kimi, günün istənilən saatında küçədə rahat və təhlükəsiz şəkildə hərəkət etmək mümkündür.

Azərbaycanın turizm imkanlarını genişləndirən ən mühüm amillərdən biri beynəlxalq statuslu hava limanlarının sayıdır. Hazırda ölkədə 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. Onların potensialından səmərəli istifadə etməklə turizmin daha da inkişafına nail olmaq olar. Təəssüf ki, mövcud imkanlara baxmayaraq, Azərbaycan hələ də turizm potensialından tam istifadə edə bilmir. Ölkəyə qəbul edilən turistlərin sayı mövcud potensialın xeyli aşağısındadır. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur.

Məsələn, Azərbaycanda otellərin sayı kifayət qədər deyil. Hazırda ölkə üzrə təxminən 800-ə yaxın otel fəaliyyət göstərir. Bu isə xüsusən regionlarda rəqabət mühitinin zəif qalmasına gətirib çıxarır. Əgər bu sahədə təşviq tədbirləri gücləndirilərsə, daha çox turist ölkəyə cəlb edilərsə və paralel olaraq turizm məhsullarının çeşidi artırılarsa, otel tikintisi və digər infrastruktur sahələri inkişaf etdirilərsə, bu zaman ciddi rəqabət mühiti formalaşar. Belə bir mühit isə qiymətlərin daha əlçatan olmasına, xidmətlərin keyfiyyətinin isə yüksəlməsinə səbəb olar.

Azərbaycanın turizm potensialının tam şəkildə ortaya çıxarılması üçün düşünülmüş və daha liberal addımlar atılmalıdır. Bakı ilə yanaşı, bölgələrdəki beynəlxalq hava limanlarının da fəaliyyətinin səmərəliliyi artırılmalıdır. Çünki beynəlxalq hava limanları ölkənin əsas giriş-çıxış nöqtələri hesab olunur. Azərbaycanın əlçatanlığının yüksəldilməsi baxımından onların fəaliyyəti olduqca vacibdir. Hazırda bu hava limanları status olaraq mövcuddur, lakin iş dinamikası çox aşağıdır. Arzuolunandır ki, həmin limanlarda daha intensiv uçuşlar həyata keçirilsin. Bu halda ölkəyə giriş yalnız Bakı ilə məhdudlaşmaz, digər hava limanları da aktiv işləyər. Hətta onlardan biri əsas hava nəqliyyat qovşağına çevrilə bilər. Bu isə ölkəyə turist axınının xeyli dərəcədə artmasına gətirib çıxarar.

Turistlərin artması fonunda sənaye və infrastruktur sahələri də bu prosesə uyğunlaşaraq inkişaf edəcək. Gələn turistlərin tələblərinə cavab vermək üçün müxtəlif xidmət sahələri genişlənəcək, yeni məhsullar və imkanlar ortaya çıxacaq. Bu proses qısa müddətdə ölkədə turizmin canlanmasına, onun iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsinə səbəb ola bilər.

Beləliklə, Azərbaycanın zəngin təbiət potensialı, təhlükəsiz mühiti, müasir infrastrukturu və beynəlxalq hava limanlarının imkanları düzgün istiqamətdə istifadə olunarsa, ölkə yaxın illərdə regionun ən cəlbedici turizm mərkəzlərindən birinə çevrilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri