Icma.az
close
up
RU
Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik “Neftçi”nin qapıçısı

Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik “Neftçi”nin qapıçısı

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik" - “Neftçi”nin qapıçısı

“Neftçi”nin qapıçısı Kenan Piriç Misli Premyer Liqasının 15-ci turunda “Sumqayıt”la heç-heçə (2:2) etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Bizim üçün məyusedici nəticədir. Oyuna çox yaxşı başladıq. İlk hissədə çox fəal idik. Matçın ilk 50 dəqiqəsində 2 qol vurduq. Hesab arasındakı fərqi daha da artırmalı, 3-cü, 4-cü qolu vurmalıydıq. Bunun üçün xeyli şansımız da oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Sonradan nə baş verdisə, rəqib üstünlüyü ələ aldı. Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik.

- “Neftçi” əksər matçlarda 2-ci hissədə zəif görünür. Bu, nədən irəli gəlir?

- Deməzdim zəifik. “Sumqayıt”la oyundakı nəticəni bəxtsizliklə əlaqələndirərdim. Bu, mövsümdəki ən yaxşı oyunumuz idi. Tam üstün idik. Lakin qələbə şansını əldən verdik.

- Yuri Vernidubun gəlişi “Neftçi”də nəyi dəyişib?

- İlk növbədə oyun nizam-intizamını qeyd edərdim. Hamı gördü ki, ilk 45 dəqiqədə necə intizamlı oynadıq. Rəqibə heç bir şans vermədik. Lakin fasilədən sonra oyunumuzu itirdik. Xeyli çətinliklə üzləşdik. Ümid edirəm ki, növbəti matçlarda 90 dəqiqə eyni tempdə çıxış edəcəyik.

- Baş məşqi təyinatından sonra sizinlə söhbətində nələr dedi?

- Əvvəlki oyunların analizini apardıq. Çatışmazlıqlarımızı, səhvlərimizi dedi.

- Yuxarı pillələrdən xeyli aralı düşdüyünüzü nəzərə alsaq, “Neftçi”nin mövsümün 2-ci hissəsindəki hədəfi nə olacaq?

- Hədəfimiz itirilən xalları bərpa etmək, fərqi azaltmaq və turnir cədvəlində daha da irəli getməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri