Əsəd devrildi Tramp təəccübləndi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Suriya Prezidenti Bəşər Əsədin sürətlə devrilməsi ilə bağlı təəccübünü bildirib.
Axar.az xəbər verir ki, Tramp bu barədə NBC Nyus telekanalına müsahibəsində deyib.
Trampın sözlərinə görə, təəccüblü olan odur ki, Əsəd indiyə qədər daha çətin günlərdən keçib, lakin hakimiyyətini qoruyub:
“Bu heyrətamizdir, çünki o, illərdir orada olub. Görünür, daha pis vəziyyətdədir və birdən üsyançılar toplaşıb ölkənin böyük hissələrini ələ keçirirlər. İnsanlar uzun müddətdir ki, ona qarşı mərc edirlər və indiyə qədər bu, işləməyib. Amma indi hər şey başqa cürdür”.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” 27 noyabrda hücuma başlamışdı və cəmi 12 günə Dəməşqi də ələ keçirərək, Bəşər Əsəd rejimini devirdi.
Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığınıb.
Baxış sayı:114
Bu xəbər 09 Dekabr 2024 02:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















