Əsəd rejimi çəllək bombalarını burada istehsal edirmiş Yeni fotolar YAYILDI
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Suriyada devrilmiş Bəşər Əsəd rejiminin vətəndaş müharibəsi zamanı istifadə etdiyi çəllək bombalarının istehsal edildiyi obyekt aşkar edilib.
Modern.az xəbər verir ki, bombalarım paytaxt Dəməşqdə insanların girişinin qadağan edildiyi Kasyun dağında istehsal edildiyi müəyyən olunub.
Ucuz olmasına baxmayaraq böyük dağıdıcı təsirə malik bombalar Əsədə sadiq qüvvələrin vətəndaş müharibəsində ən çox istifadə etdiyi silah-sursatlardan biridir.
Tərkibində partlayıcı, metal qırıntıları, mismar olan bombalar vətəndaş müharibəsində minlərlə mülki şəxsin ölümünə səbəb olub.
Suriyada mülki şəxslərə qarşı insan haqları pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) 2012-ci ilin iyul-2021-ci ilin aprel aylarını əhatə edən hesabatına görə, rejim qüvvələri mülki yaşayış məntəqələrinə hücumlarında 81 min 916 dəfə çəllək bombalarından istifadə edib.
Bu hücumlarda 1821-i uşaq, 1780-i qadın olmaqla 11 min 87 mülki şəxs həyatını itirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 Yanvar 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















