Əsəd Türkiyənin hava məkanından keçərək qaçıb? Rəsmi Ankaradan açıqlama
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Suriyada süqut edən Baas rejiminin devrilmiş lideri Bəşər Əsədin Rusiyaya qaçarkən Türkiyənin hava məkanından istifadə etməsi barədə dünyanın bir sıra nüfuzlu media orqanlarında xəbər yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələyə Xarici İşlər Nazirliyi operativ reaksiya verib.
XİN-dən bildirilib ki, yayılan məlumatın əsası yoxdur: "Əsədin içində olduğu təyyarə Türkiyə hava məkanından istifadə etməyib. Əlbəttə, Türkiyə hava məkanından istifadənin icazəyə açıq olub, lakin onu Rusiyaya aparan təyyarə ilə bağlı Türkiyədən icazə istənilməyib".
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi dekabrın 8-də Əsədin istefa verib Moskvaya gəlmək istədiyini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, dekabrın 9-da Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Rusiya prezidenti Vladimir Putin verib.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Dekabr 2024 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















