Türkiyədə Azərbaycana qarşı növbəti təxribat Ankaradan rəsmi açıqlama
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan “fake-news”larla bağlı məsələyə münasibət bildirib.
Globalinfo.az-ın xəbərinə görə, Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə deyib ki, Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar.
“Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, – o qeyd edib.
Xatırladaq ki, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















