Icma.az
close
up
RU
Əsəddən sonrakı Suriya: Ölkə ikinci Əfqanıstana çevrilə bilər?

Əsəddən sonrakı Suriya: Ölkə ikinci Əfqanıstana çevrilə bilər?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bəşər Əsədin devrilməsi ilə Suriya tarixinin yeni mərhələsinə daxil olub. 50 illik rejim çöküb və hazırda hər kəs xalqın iradəsini əks etdirən bir siyasi prosesin başlayacağını gözləyir. İndi əsas məsələ Suriyanın gələcək liderinin kim olacağı, hakimiyyətə kimlərin gələcəyidir. Bu prosesdə "Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Colani ön plana çıxıb. O, Suriyanın gələcək siyasi arxitekturasını formalaşdırmaq iddiasında olan şəxs kimi tanınır. Artıq verdiyi açıqlamalarla həm Suriyanın daxili siyasətində, həm də beynəlxalq münasibətlərdə diqqət mərkəzindədir. Bir çoxları onun avtoritar yanaşmasından və rəqiblərinə qarşı amansız münasibətindən ehtiyat edirlər. Onun keçmişdə "Əl-Qaidə" ilə əlaqələri, həmçinin Türkiyə və Qətərlə sıx əməkdaşlığı da diqqətdən qaçmır.

Bütün bunlarla yanaşı, HTŞ qruplaşması hazırda Suriyadakı proseslərə böyük ölçüdə nəzarət edir. Müvəqqəti keçid hökuməti də yaradılıb və yeni seçki elan edilib. Maraqlıdır ki, müvəqqəti hökumətdə təmsil olunmayan Colani seçkidə iştirak edəcəyini bəyan edib. Yəni o, prezident olmaq istəyir.

Bir çoxları hesab edir ki, Suriya ikinci Əfqanıstana çevrilə bilər. Colani isə bildirib ki, Suriya Əfqanıstana bənzəməyəcək. O, hesab edir ki, bu iki ölkə "çox fərqlidir".

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

HTŞ qara siyahıdan çıxmaq istəyir

Bir müddət əvvəl Colani ilə görüşən BMT-nin xüsusi nümayəndəsi Geir Pedersenin HTŞ liderinin dünya tərəfindən qəbul olunub-olunmayacağı ilə bağlı fikirləri də diqqət çəkir. Onun sözlərinə görə, Suriyanın yeni rəhbərliyinin ölkədəki bütün müxtəlif dini və etnik qrupların hüquqlarına hörmətlə yanaşması həyati əhəmiyyət kəsb edir. BBC-yə danışan Pedersenin sözlərinə görə, Colani onunla görüşdə "çox müsbət şeylər söyləyib". Bununla belə, o, HTŞ-nin terror təşkilatları siyahısından çıxarılmasına dair qərarın Colaninin davranışlarından asılı olduğunu vurğulayıb. "Biz HTŞ-nin siyahıdan çıxarılmasını və sanksiyaların sona çatdığını görə bilərik", - Pedersen deyib.

Türkiyənin əvəzsiz rolu

Hazırda Suriyada müvəqqəti hökumət idarəçiliyi mövcuddur və xarici güclərin, xüsusən də Türkiyənin aktiv iştirakı ilə normal dövlətin qurulması prosesi başlayıb. Lakin bu prosesdə İsrail amili də ön plana çıxıb. Bu isə bölgənin əsas gücü olan Türkiyə ilə İsrailin Suriyada üz-üzə gəlməsi ehtimalını artırır. Söhbət təbii ki, maraq toqquşmasından gedir. Ankara Suriyanın parçalanmasını istəmir. Ölkənin parçalanmış mövcud durumu tək Türkiyə üçün yox, bütün qonşu dövlətlər üçün də təhlükə mənbəyidir. Ankaranın, ən başlıcası isə Prezident Rəcəb Tayyib Ərdoğanın yeni Suriyanın qurulması prosesində əsas söz sahibi olması Qərb tərəfindən də reallıq olaraq qəbul edilir. Məsələn, ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp bildirib ki, Ərdoğan çox ağıllı adamdır. O, Türkiyənin çox güclü orduya malik olduğunu da deyib. Ekspertlər bildirirlər ki, yanvarın 20-dən sonra prezident kürsüsünə əyləşəcək Tramp Ərdoğanla birlikdə Suriya məsələsinin həllinə çalışacaq. Lakin mövcud administrasiyanın Suriya ilə bağlı baxışları Türkiyənin maraqlarına uyğun gəlmir.

İŞİD səhnəyə qaytarıla bilər?

Hazırda Suriyada İŞİD təhlükəsinin yenidən aktuallaşacağı ilə bağlı narahatlıqlar da artırıb. İllərdir darmadağın edilmiş sayılan İŞİD-in qalıqları Suriya-İraq sərhədindəki geniş səhralıq ərazilərdə varlığını qoruyur. Ekspertlər xəbərdar edirlər ki, bu qisasçı qruplaşma Bəşər Əsəd rejiminin çöküşündən sonra yaranan hakimiyyət boşluğunu doldurmağa çalışa bilər. Bu məqam isə daha çox Vaşinqton və onun dəstəklədiyi PKK-PYD terror qrupları tərəfindən ortaya atılıb. PYD onlara hücum olacağı təqdirdə "həbsdə saxladığı 50 min İŞİD üzvünün sərbəst qala biləcəyi" ilə təhdid edir.

Belə bir vəziyyətdə Ankaranın atacağı addımlar maraq doğurur. Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə"yə müsahibəsində bildirib ki, bu gün Suriyada yaşananlar xalqın iradəsinin iqtidarı ələ almasıdır. Oradakı PKK-YPG varlığı isə Türkiyə üçün önəmli təhdiddir.

Vaşinqton Ankaranı hədələyir

Bu arada ABŞ-də Demokrat Partiyasından senator Kris Van Hollenin və respublikaçı senator Lindsi Qrehemin YPG-yə dəstək bəyanatı verməsi diqqət çəkib. "X" platformasında Qrehemlə birgə açıqlamalarını paylaşan Van Hollen, "Türkiyənin dəstəklədiyi qüvvələrin suriyalı kürd tərəfdaşlarımıza hücumları regional təhlükəsizliyə və İŞİD-in yenidən ortaya çıxmasının qarşısını almaq səylərinə zərbə vurur" deyib. Onlar iddia ediblər ki, Türkiyə atəşkəsi və silahsızlaşdırılmış zonanı qəbul etməlidir: "Əks halda, 2019-cu ildə olduğu kimi, Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini təklif edəcəyik". Senatorlar Mazlum Abdi ilə telefonla danışdıqlarını qeyd edərək, YPG-yə dəstəklərini bir daha bəyan ediblər.

Beləliklə, Suriyada böyük güclərin rəqabətinin yeni mərhələsi başlayıb. Türkiyə, o cümlədən bir çox qonşu dövlətlər vahid Suriyanı dəstəkləsələr də, "parçala, hökm sür" prinsipini əsas tutan Qərb və ABŞ müxtəlif terror qrupları vasitəsi ilə gərginliyin davam etməsini istəyirlər. Proseslərin hansı istiqamətdə irəliləyəcəyini proqnozlaşdırmaq isə indiki durumda çox çətindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri