Icma.az
close
up
RU
“Əsədin ermənilərlə ittifaqı ona heç bir şey qazandırmadı”

“Əsədin ermənilərlə ittifaqı ona heç bir şey qazandırmadı”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Təəsüfflər olsun ki, Əsəd ailəsi ilə erməni terror təşkilatları arasında əlaqələr olub. Biz çox yaxşı bilirik ki, xüsusən Birinci Qarabağ müharibəsində Suriyada təlim keçmiş, oradan maliyyə dəstəyi alan erməni terror təşkilatları Azərbaycana qarşı qətliamlarda iştirak edib”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib.

O vurğulayıb ki, Bəşər Əsəd atası Hafiz Əsəd kimi hakimiyyətə gəldikdən sonra erməni terror təşkilatları ilə əlaqələrini sıx tutub: “Onlar yenə də Suriyanın Dəməşq, Hələb və başqa şəhərlərində varlıqlarını davam etdiriblər. Hətta 2019-cu ildə “Nubar Ozanyan” adlı xüsusi bir hərbi qruplaşma yaradılıb. Bu hərbi qruplaşmanı elə qələmə verdilər ki, guya o, sadəcə mina təmizləməklə məşğuldur. Əslində həm hal şahidləri, həm də bir çox jurnalistlər də qeyd edirlər ki, xeyr, onlar, yəni bu erməni təşkilatı tamamilə rejim tərəfində döyüşüb və bu, Ermənistan tərəfindən dəstəklənən bir proyekt olub. Lakin göründüyü kimi bir çox məsələdə səhv edən B.Əsəd bu məsələdə də səhv edib. Onun ermənilərlə bu ittifaqı ona heç bir şey qazandırmadı və devrildi, tarixin tozlu səhifələrində də yerini alacaq”.

K.Kazımov digər tərəfdən sadəcə ermənilərin deyil, qardaş Türkiyəyə qarşı PKK terror təşkilatı və onun Suriya bağlantısı qollarının da B.Əsədlə yaxın münasibətlərdə olduğunu qeyd edib: “Hətta bir müddət PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan Dəməşq şəhərində qalmışdı. Türkiyənin sərt xəbərdarlığından sonra onu oradan çıxarmaq məcburiyyətində qaldılar”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri