Əsədin qayınatası ilə qayınanası da bu ölkədən ayrıldılar: Moskvaya gediblər?
Icma.az, Publika.az saytına istinadən bildirir.
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşının atası və anası Fəvaz və Səhər Axras Böyük Britaniyanı tərk edib və çox güman ki, Rusiyaya gediblər.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” mənbələrə istinadən yazıb.
Xatırladaq ki, Əsəd hakimiyyətdən getdikdən sonra Putinin qərarı ilə sığınacaq aldığı Moskvaya gedib.
Əsədin həyat yoldaşı Əsmanın valideynləri Londonun qərbindəki North Aktonda öz evlərində yaşayırlar. Oradakı supermarketin suriyalı sahibi “Daily Mail”ə bildirib ki, Axras ilə təxminən on gün əvvəl danışıb.
"Aktonda böyük suriyalı icması var və onlar deyirlər ki, o, arvadı ilə qızı və kürəkənini görmək üçün Moskvaya gedib. Bu, təəccüblü deyil, çünki onlar çox yaxındırlar”, - deyə mənbə bildirib.
30 ildən artıqdır Axrası tanıyan qonşusu da onların Rusiyaya getdiklərini açıqlayıb. Qadının sözlərinə görə, son bir həftə ərzində onların evində heç kim olmayıb.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 10 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















