Icma.az
close
up
RU
Əsədin sonunu gətirən LAYİHƏ Avropa ərəb qazına QOVUŞA BİLƏCƏK?

Əsədin sonunu gətirən LAYİHƏ Avropa ərəb qazına QOVUŞA BİLƏCƏK?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əsəd rejiminin devrilməsi Suriya ərazisindən keçməklə Avropaya çatdırılması nəzərdə tutulan qaz kəmərlərinin çəkilməsi məsələsi də aktuallaşıb. 
Qeyd edək ki, 2001-ci ildə ilk dəfə Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi gündəmə gəlib və məsələ razılaşdırılıb.
Bəşər Əsəd əvvəlcə bu layihəyə müsbət fikir bildirsə də, 2006-cı ildə ona qarşı çıxır.
Belədə, layihə bu illər ərzində kağız üzərində qalır. Həmin layihənin gerçəkləşməsinə Rusiya və İran əngəl olurdu. Moskva düşünürdü ki, Qətər qazı Avropaya çıxsa “Qazprom” buradakı dominant mövqeyini itirəcək. Xatırladaq ki, Ukrayna müharibəsinə qədər Avropanın idxal etdiyi qazın 40 faizi “Qazprom”un payına düşürdü.

İran isə Fars Körfəzində Qətərlə bəzi mübahisəli qaz yataqlarına görə, həm də öz qazını Suriya üzərindən Avropaya çıxarmaq istəməsi səbəbindən Əsədə ciddi təzyiq göstərirdi.
Nəticədə Rusiyanın hərbi bazasının və İranı dəstəkləyən qüvvələrin Suriyada güclü mövqedə olmaları səbəbindən Əsəd Suriyanın mənafeyinə uyğun olan və ona milyardlar qazandıracaq bu layihəyə “yox” deməyə məcbur oldu.
Digər layihə isə Misir qazını əsas xətt ilə İordaniya, Livan və Suriyaya, ayrılmış bir qol ilə İsrailə çatdıran və hazırda işləyən bu xəttin növbəti mərhələdə uzadılaraq Türkiyəyə çatdırılmasını nəzərdə tutun Ərəb Qaz Xəttidir. Sonra isə bu qazın Avropaya çatdırılması da nəzərdə tutulub.


Hətta Türkiyənin ildə 4 milyard kub metr qaz alışını da öhdəliyinə götürən razılıq da vardı. Yenə də Rusiya və İran təzyiqi ilə Əsəd 2009-cu ildə bu razılaşmanın da ləğv olunduğunu bəyan etdi.
İndi isə Suriyada yeni situasiya yaranıb. Əsədin devrilməsinə gətirən səbəblərdən biri də heç şübhəsiz onun bu layihələrə qarşı çıxması olub.
Suriyada yaranan yeni situasiya fonunda görəsən sözügedən layihələr nəhayət reallaşa bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, postəsəd dövründə Suriyadan keçməsi gözlənilən bu layihələrin gerçəkləşməsi onun maliyyələşməsi və təhlükəsizliyinin təmin edilib-edilməməsindən asılıdır:
“Bu qaz boru layihələri doğrudan da illərdir müzakirə olunur. Suriyada hökm sürən qeyri-sabitlik səbəbindən həmin layihələri həyata keçirməyə maneə olurdu. Suriyada baş verən hadisələrdən sonra ola bilər həmin layihələr gələcəkdə yenidən masaya gəlsin. Amma burada əsas məsələ onun maliyyəsinin kim tərəfindən ayrılması məsələsidir.
Çünki relyefi, coğrafiyanı, həm də boru kəmərlərinin uzunluğunu nəzərə alsaq, bunlar həddən artıq bahalı layihələrdir. Onun həyata keçməsinə milyardlarla dollar vəsait lazım olacaq. Bu səbəbdən maliyyə mənbələri tapılsa, həmin layihələrin gerçəkləşməsi də mümkündür”.
Ekspert qeyd edir ki, maliyyə mənbələrinin tapılması fonunda təhlükəsizlik məsələləri də ortaya çıxacaq:
“Suriya hazırda qeyri-sabit vəziyyətdədir. Bu vəziyyətin hələ bir müddət davam edəcəyi ehtimalı da yüksəkdir.  Çünki ortada müxtəlif silahlı qruplaşmalar, maraq qrupları var. Habelə, müxtəlif ölkələrin fərqli məqsədləri də var. Ona görə də əsas məsələ pul və təhlükəsizlik məsələləridir.
Onlar öz həllini tapandan sonra sözügedən boru kəmərləri də çəkiləcək”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri