Icma.az
close
up
RU
Kimyaterapiya tarixə qovuşa bilər...

Kimyaterapiya tarixə qovuşa bilər...

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Elm adamları xərçəng xəstəliyinin müalicəsində kimyaterapiyaya alternativ ola biləcək bir prosedurun ərsəyə gətirilməsinə imza atıb.

Məlum olduğu kimi, kemoterapiya xərçəng hüceyrələrini öldürmək məqsədilə vücuda verilən bir növ zəhərdir…

Vücudun immunitet sistemini pozmaqla yanaşı tüklərin köklərini də aşındıraraq saçların tökülməsinə, vücudda yaraların əmələ gəlməsinə, mədə bulantılarına və bir çox bu kimi yan təsirlərin ortaya çıxmasına səbəb  olur.

Bəzi xərçəng növlərinin müalicəsi üçün (məsələn, döş xərçəngi) məqsədyönümlü dərmanlar hazırlanıb ki, bu dərmanların yan təsirləri nisbətən azdır, ancaq sıfır dərəcəsində deyil.

Habertürk saytının məlumatına görə, ingilis elm adamları immunoterapiya adlandırılan bir müalicə metodu üzərində çalışır və aparılan tədqiqatlarda çox böyük nailliyyətlər əldə edilib.

İmmunoterapiyada “baş rolun oyunçusu” isə insanlıq tarixinin ən köhnə viruslarından sayılan Herpes, yəni uçuqların yaranmasına səbəb olan virusdur.

Elm adamları Herpes virusundan bir “Troyan atı” kimi istifadə etməyə nail olaraq müsbət nəticələr əldə etməyə başlayıblar. Dəri xərçənginin müalicəsi üçün nəzərdə tutulan müalicə üsulunda əhlilləşdirilmiş Herpes virusu xərçəng hüceyrələrinin olduğu bölgəyə göndərilir. Vücud bu bölgədə bir virus olduğunun fərqinə varır və immunitet sistemini işə salır.

Qısacası, “düşmən” qılığında vücuda girən Herpes vücudun müdafiə ordusunu hərəkətə gətirərək həmin bölgədəki digər “düşmənlərin” də təmizlənməsini təmin edir.

Hələlik klinik sınaq mərhələsində olan müalicə metodunun tibb dünyasında bir dönüş nöqtəsi olduğu hesab edilir və kimyaterapiyaya alternativ ola biləcəyi proqnozlaşdırılır.

Saglamolun.Az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri