Icma.az
close
up
RU
Əsədin Suriyadakı son saatları: Onun qaçışından heç kimin xəbəri olmayıb

Əsədin Suriyadakı son saatları: Onun qaçışından heç kimin xəbəri olmayıb

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bazar günü, dekabrın 8-də müxalifət qrupları Dəməşqə doğru irəliləyərkən Bəşər Əsəd təyyarə ilə ölkəsindən qaçaraq Moskvaya sığınıb.

Turkustan.az xəbər verir ki, Əsədin qaçması onun 24 illik hakimiyyətinə və ailəsinin yarım əsrlik fasiləsiz hakimiyyətinə son qoydu və Suriyada 13 illik vətəndaş müharibəsini dayandırdı. “Reuters”in məlumatına görə, Əsəd son ana qədər ölkəsini tərk etmək planını heç kimə deməyib.
Suriyada 53 illik Əsəd və 61 illik Baas rejimi müxalif silahlı qrupların 12 günlük irəliləyişdən sonra paytaxt Dəməşqə nəzarəti ələ keçirməsi və Suriya prezidenti Bəşər Əsədin ölkəsini tərk etməsi ilə başa çatıb.
Bəşər Əsədin Moskvaya sığındığı açıqlandı, bəs Əsəd rejimi çökərkən Əsədin qaçmaq planından xəbəri olan varmı? "Reuters"-in məlumatına görə, Əsəd demək olar ki, heç kimə güvənməyib və qaçış planını köməkçilərindən, qohumlarından və rəsmilərindən gizli saxlayıb.
Moskvaya qaçmazdan bir neçə saat əvvəl Əsəd şənbə günü müdafiə nazirliyində 30-a yaxın ordu və təhlükəsizlik rəislərinin iştirakı ilə keçirilən görüşdə Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qüvvələrini müqavimətə çağırıb, deyə bir şəxs "Reuters"-ə bildirib. Mülki personalın da bundan xəbəri olmayıb.
Əsəd şənbə günü işini bitirdikdən sonra prezident aparatının direktoruna evə getdiyini bildirib, lakin əksinə olaraq hava limanına gedib. O, həmçinin mətbuat müşaviri Buthaina Shaaban-a zəng edərək evinə gəlməsini və onun üçün çıxış yazmasını istəyib. Müavin evə gələndə görüb ki, orada heç kim yoxdur.
Hakimiyyətdəki son günlərini və saatlarını bilən 14 nəfərlə müsahibələr göstərir ki, Əsəd heç kimə xəbər vermədən ölkədən qaçaraq 24 illik hakimiyyətinə son qoyub.
Əsədin yaxın çevrəsindəki köməkçiləri, regional diplomatlar və təhlükəsizlik mənbələri və yüksək rütbəli İran rəsmiləri də daxil olmaqla bir çox mənbə anonimlik istəyib.

Üç köməkçisinin sözlərinə görə, Əsəd ordunun 4-cü zirehli diviziyasının komandiri olan kiçik qardaşı Maherə qaçış planı haqqında belə məlumat verməyib. "Reuters"-ə danışan mənbənin sözlərinə görə, Əsədin qaçmasından sonra Maher vertolyotla İraqa, oradan da Rusiyaya uçub.
Suriyalı bir köməkçi və Livan təhlükəsizlik rəsmisinin sözlərinə görə, Dəməşq müxalifətin əlinə keçəndə Əsədin ana tərəfdən qohumları Ehab və Eyad Maxlouf da eyni şəkildə geridə qalıb. İkili avtomobillə Livana qaçmağa çalışsalar da, yolda müxalifət qüvvələri ilə qarşılaşıblar.
Üç keçmiş yaxın köməkçisi və yüksək rütbəli regional məmurun sözlərinə görə, Əsədin yaxın ailəsi, həyat yoldaşı Əsma və üç uşağı Moskvada onu gözləyirmiş.
Əsədin qaçmasından sonra prezident sarayına axın edən insanların sosial mediada paylaşdığı videolarda Əsədin saraydan tələsik qaçdığı və ocağın üstündə yemək qaldığı görülüb.

Əsəd administrasiyasının son baş naziri Məhəmməd Celali 7 dekabr şənbə günü gecə saat 22.30-da Əsədlə telefonla danışdığını bildirib.
"Son görüşümüzdə vəziyyətin nə qədər çətin olduğunu və Homsdan Latakiyaya böyük bir insan miqrasiyasının axın etdiyini, küçələrdə çaxnaşma və terror olduğunu söylədim"-deyə, Cəlali açıqlamasında bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri