Icma.az
close
up
RU
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... İLGİNC TƏFƏRRÜAT

Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... İLGİNC TƏFƏRRÜAT

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Ağsuda hərbi xidmətə çağırılan şəxs özünə ülgüclə xəsarət yetirib. Buna səbəb isə hərbi xidmətə getmək istəməməsi olub.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, 18 yaşlı Elvin Abbasov 2024-cü ilin aprel ayında hərbi xidmətə çağırılıb.

Lakin Abbasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə getməyib. Evdə ülgüclə qolunu kəsib. Xidmətdən zəng gələn zaman “apara bilirsinizsə, belə aparın” deyib.

Elvinin atası külli miqdarda narkotik vasitə dövriyyəsində ittiham olunaraq həbs edilib. O, atasının həbsindən sonra sinəsinə “ATA” döyməsi yazdırıb ki, atasını xatırlasın. Həm də buna görə əsgər aparılmaması ehtimalı olub. Hərbi həkim komissiyasından keçərkən sinəsindəki döyməyə görə onu psixonevroloji dispanserə göndəriblər. Yoxlanışdan sonra hərbi xidmətə yararlı olduğu müəyyən edilib.

Növbəti dəfə onurğasındakı problemə görə müayinədən keçib. Bu dəfə də onun hərbi xidmətə yararlı olması ilə bağlı rəy verilib. Amma Elvin hərbi xidmətə yollanmaq istəməyib.

Bunu belə izah edib ki, atası həbsdə olduğu üçün ailəsini başsız qoymaq istəməyib:

“Ailəmdən uzun müddət ayrı qalacağımı fikirləşdim. Ailə üzvlərim mənim əsgər getməyimə görə ağlayırdılar. Evdəkilərin başsız qalacağını fikirləşdim. Onlara bağlı olduğum üçün ülgüclə sol qolumu dəfələrlə kəsdim. Qolumu kəsəndən sonra səfərbərliyə dedim ki, apara biləcəklərsə, gəlsinlər”.

Onun bu əməllərindən sonra səfərbərlik xidmətinin əməkdaşları rayon prokurorluğuna məlumat veriblər.

Məhkəmədəki ifadəsinin sonunda Elvin deyib ki, əsgər getməmək kimi fikri yoxdur. Məqsədi xidmətdən yayınmaq olmayıb. O, ailə vəziyyətinə görə belə bir addım atdığını deyib və əməlindən peşman olduğunu bildirib.

Səfərbərlik xidmətinin əməkdaşları şahid kimi dindirilən zaman bildiriblər ki, Elvinin evinə gedəndə onun qolundakı xəsarətlərin səthi olduğunu görüblər. Belə qənaətə gəliblər ki, Elvin hərbi xidmət keçməkdən boyun qaçırdığı üçün bu addımı atıb.

Məhkəmə Elvini Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilib.

Elvin barəsində 4 ay müddətinə həbs qərarı çıxarılıb və məhkəmə zalında həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri