Ermənistanda əsgər xidmətdən yayınmaq üçün özünü güllələyib
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində açılan atəş nəticəsində hərbçi yaralanıb.
Yeniavaz.com “News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinə məlumat daxil olub.
Bildirilir ki, yaralı İrəvandakı “Muratsan” hərbi hospitalına aparılıb və onun həyatına təhlükə yoxdur.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsi (sağlamlığa qəsdən zərər vurmaq və ya digər yollarla hərbi xidmətdən yaxud onun ayrı-ayrı vəzifələrinin icrasından yayınma) üzrə cinayət işi başladılıb.

Ermənistanda hərbi qulluqçu özünü güllələyib
25 İyul 2025 00:22
Ermənistanda əsgər yaralanıb
26 Avqust 2025 09:46
Ermənistanda məhbus özünü ASDI
21 Aprel 2025 10:55
Ermənistanda mina partladı: 1 əsgər yaralandı
19 Aprel 2025 23:25
Ermənistanda rusiyalı hərbçi özünü güllələdi
11 İyul 2025 10:31

