Icma.az
close
up
RU
Əsgərlərə əlavə məzuniyyət verilə bilər AÇIQLAMA

Əsgərlərə əlavə məzuniyyət verilə bilər AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Orduda xidmət edən gənclərin evlərinə nə vaxt və hansı şərtlərlə buraxılması hər zaman ən çox maraq doğuran mövzulardan biridir. Bu qaydalar təkcə əsgərlər üçün deyil, yol gözləyən valideynlər üçün də həyati önəm daşıyır.
Məsələ ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a bildirib ki, hərbi xidmətə çağırıldıqdan sonra bütün hərbi qulluqçulara nizamnamələrə əsasən ildə bir dəfə növbəti məzuniyyət verilir:
"Bu məzuniyyət maksimum 10 gün müddətinə nəzərdə tutulur. Həmçinin xidmətdə nailiyyət göstərən və nizam intizamı yüksək olan hərbi qulluqçulara həvəsləndirmə məqsədilə əlavə olaraq 10 günə qədər məzuniyyət verilə bilər.
Bundan əlavə, ailə vəziyyəti ilə bağlı da müddətli hərbi qulluqçulara məzuniyyət verilə bilər. Yaxın qohumlar ata, ana, bacı, qardaş, evli olduqda isə həyat yoldaşı və onun valideynləri hesab olunur. Onların ağır xəstəliyi və ya hər hansı ciddi hadisə baş verdikdə, yaşadığı ərazi üzrə səfərbərlik xidməti orqanının təsdiqlədiyi teleqram əsasında hərbi hissə komandiri tərəfindən 10 günə qədər əlavə məzuniyyət verilə bilər".
Ekspert deyib ki, hərbi qulluqçu məzuniyyətdə olduğu dövrdə xəstələnərsə və ya yaxın qohumları ilə bağlı ağır hadisə baş verərsə, qarnizon hərbi polisi tərəfindən məzuniyyət müddəti uzadıla bilər:
"Əgər həmin ərazidə hərbi polis fəaliyyət göstərmirsə, bu səlahiyyəti hərbi komissarlıqlar həyata keçirə bilər. Növbəti və həvəsləndirmə məzuniyyətlərindən istifadə edildikdən sonra da ailə vəziyyəti ilə bağlı əlavə məzuniyyət verilə bilər. Məzuniyyət müddətinin artırılması da mümkündür. Bütün bu məsələlər əsasən hərbi hissə komandirinin səlahiyyətinə daxildir.
Nizamnaməyə əsasən, həvəsləndirmə məzuniyyəti 10 günə qədər komandirin qərarı ilə verilir. Ailə vəziyyəti ilə bağlı məzuniyyət də komandirin qərarından asılıdır və bir gündən artıq olan müddət məzuniyyət hesab olunur. Yəni məzuniyyət həm bir gün, həm də 10 gün müddətinə verilə bilər. Növbəti məzuniyyət isə əvvəlcədən tərtib olunan qrafik üzrə həyata keçirilir və hərbi qulluqçular hansı tarixdə məzuniyyətə çıxacaqlarını öncədən bilirlər. Həvəsləndirmə məzuniyyəti isə istənilən vaxt, o cümlədən bayram günlərində də verilə bilər və bu, komandirin səlahiyyətindədir", - deyə o bildirib.
Qısası, hərbi xidmətdə olan şəxslər ildə bir dəfə qanuni məzuniyyətə çıxmaqla yanaşı, yaxşı xidmətə və ya ailəvi ehtiyaclara görə əlavə istirahət günləri də qazana bilərlər.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri