Valideynlərə əlavə məzuniyyət verilə bilər?
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Əmək qanunvericiliyi tədris dövrü olub-olmamasından asılı olmayaraq, uşaqlı qadınlar və uşağını təkbaşına böyüdən kişilər üçün bir sıra güzəşt və təminatları nəzərdə tutur.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək 2 uşağı olan qadınlara 2, bu yaşadək 3 və daha çox uşağı olan qadınlara isə 5 təqvim günü müddətində müəyyən olunmuş qaydada əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də qeyd olunan əlavə məzuniyyət hüququ var.
“14 yaşına çatmamış və ya əlilliyi olan uşağı olan qadınların ərizəsi əsasında onlar üçün natamam iş vaxtı müəyyən edilməlidir. Bu kateqoriyadan olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir.16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara onların xahişi ilə 1 iş ilində 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilməsi də qanunvericilikdə əksini tapıb",- deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Sentyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















