Icma.az
close
up
RU
Əsgərlik müddəti və çağırış yaşı ilə bağlı ÖNƏMLİ XƏBƏR 1 ilə...

Əsgərlik müddəti və çağırış yaşı ilə bağlı ÖNƏMLİ XƏBƏR 1 ilə...

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əsgərlik müddəti və çağırış yaşı ilə bağlı ÖNƏMLİ XƏBƏR - 1 ilə...

Polkovnik: "Buna gedilməsi müsbətdir və alqışlanmalıdır"

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir. APA-nın xəbərinə görə, bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.

Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, dəyişikliyə əsasən, həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar.

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi azaldılır

Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət də 30 yaşa qədər veriləcək. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunacaq və ehtiyata keçiriləcəklər.

Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə müzakirə edilir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

O bildirib ki, əsas məqsədimiz bütün sui-istifadə hallarının qarşısının alınmasıdır: "Çağırışın ancaq elektron qaydada olması, bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik".

Bu dəyişiklik hazırda 30 yaşını keçmiş hərbi xidmətdə olmayan çağırışçı olan şəxslərə də aid olacaqmı? Belə bir dəyişiklik hansı zərurətdən irəli gəldi? Ordumuzun komlektəşdirilməsi üçün kifayət qədər çağırışçı potensialımızın olması və müharibənin aradan qalxması ilə bağlı ola bilərmi?

Hərbi ekspert Rövşən Məhərrəmov "Yeni Müsavat"a bildirdi ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna bu dəyişikliyin edilməsi çox vacib idi. Buna gedilməsi müsbətdir və alqışlanmalıdır: "35 yaş həddi çox yüksəkdir. Çünki 30 yaşdan yuxarı yaşda hərbi xidmətə gələnlər bir sıra problemlərlər üzləşirlər. İlk növbədə onların əksəriyyəti ailəli olurlar, övladları, iş yerləri var. Ailə başçısının hərbi xidmətə getməsi ailədə müxtəlif çətinliklərə gətirib çıxarır. Eyni zamanda 18-20 yaşlı əsgərlərlə 30-dan yuxarı yaşı olan əsgərlər arasında psixoloji, fiziki uyğunsuzluqlar olduğu üçün problemlər qaçılmaz olur. İdman normativlərinin yerinə yetirilməsində də problemlər meydana gəlir. Yaş öz sözünü deyir. Komandrilər də bütün bu hallara görə çətinliklərlə üzləşirlər. Hərbi məktəbi yeni birə gənc zabit özündən 10 yaş böyük əsgərə əmr verməli olur. Bəzən bu da problemlərə yol açır. Mən Respublika Hərbi Polisinin rəisi işlədiyim dövrdə qeyd etdiyim bu cür problemlərin çox yaşandığının şahidi olmuşam.

34-35 yaşlı insanın 18-19 yaşlı gənclə əsgər olaraq eyni fiziki imkanlara malik olmaması da təlimlərdə, fiziki işlərdə problemlər meydana gətirir.

Mən 7 ay öncə müsahibəmdə bildirmişdim ki, 35 yaş həddi həqiqi hərbi xidmətə çağırışçılar üçün çox yüksəkdir, yaş həddinin endirilməsi məqsədəuyğundur. Bununla bağlı müvafiq orqanlara müraciətlər edib fikrimi əsaslandırmışam. Hökumətin indi bu qərara gəlməsi çox yaxşı haldır. Bu qanun layihəsi qanun olaraq qəbul olunacaqsa və təsdiqlənəcəksə yuxarıda qeyd etdiyim və etmədiyim çoxlu sayda problemlərin, çətinliklərin, bəzi hallarda qanunsuzluqların aradan qalxmasına səbəb olacaq. Hətta bu qanun layihəsi qəbul olunduqdan və qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı yaşı olan hazırda həqiqi hərbi xidmətdə olan vətəndaşlar xidməti başa vurmamış ordu sıralarından təxris ediləcəklər.

Polkovnik vurğuladı ki, qanunda ediləcək bu dəyişiklik ordumuzun komlektləşdirilməsinə qətiyyən mənfi təsir etməyəcək: "Problem yaratmayacaq. Əksinə, ordunun döyüş qabiliyyətinin daha yüksək olmasına, eləcə də bir sıra yuxarıda dediyim problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Azərbaycanda 30 yaşa qədər həqiqi hərbi xidmətə çağırışçıların sayı kifayət qədər yüksəkdir və bu imkan verir ki, silahlı qüvvələrin komlektləşdirilməsi tam olaraq həyata keçsin".

Ekspert onu da dedi ki, bu gün MDB ölkələri arasında Azərbaycan həqiqi hərbi xidmət yaşının son həddi 35 olan yeganə dövlətdir: "Hətta bu gün müharibə aparan Ukraynada həqiqi hərbi xidmətə çağırış üçün son həddə yaşı 25-dir. Rusiyada 27 yaş idi, bu yaxınlarda qanunda dəyişiklik edib son hədd yaşını 30 etdilər. Avropada yeganə dövlət Avstriyadır həqiqi hərbi xidmət üçün son yaş həddi 35-dir. Qalan bütün Avropa ölkələrində bu rəqəm aşağıdır. Azərbaycanda 2006-cı ildən həqiqi hərbi xidmətə çağırış üçün son yaş həddi 35-ə qaldırılıb".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:528
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 14 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri