Icma.az
close
up
RU
Əsgərlik yaşı və müddəti ilə bağlı VACİB AÇIQLAMA KONKRET

Əsgərlik yaşı və müddəti ilə bağlı VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir orduların sürətlə texnologiyalaşması fonunda ən çox müzakirə olunan məsələlərdən biri də əsgərlikdə insan resursuna tələbatın azalmasına baxmayaraq, xidmət müddətinin niyə dəyişməməsi ilə bağlıdır. Pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan sistemlər və rəqəmsal nəzarət vasitələri döyüş meydanında insan faktorunu minimuma endirsə də, bir çox ölkələrdə xidmət müddəti hələ də əvvəlki kimi qalır. Mütəxəssislər bildirir ki, bu proses yaxın illərdə Azərbaycan üçün də aktual müzakirə mövzularından birinə çevriləcək.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, müasir dövrdə texnologiyaların inkişafı ordularda insan resursuna olan ehtiyacı ciddi şəkildə azaldır.

Ekspertin sözlərinə görə, artıq XXI əsrdə yüksək texnologiyalar – pilotsuz uçuş aparatları, ağıllı müşahidə sistemləri, robotlaşdırılmış idarəetmə vasitələri, əvvəl 100 əsgərin görə biləcəyi işi 5-10 hərbçinin yerinə yetirməsinə imkan yaradır. Bu da orduda insan sayına tələbatı minimuma endirir.

Üzeyir Cəfərov qeyd edib ki, texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə hərbi xidmət müddətinin 1 il və ya 1 il yarım olmasına ehtiyac da azalır:

“Artıq bu mövzuda müzakirələr gedir. Hesab edirəm ki, Azərbaycanda da xidmət müddəti azaldılacaq. Qardaş Türkiyədə olduğu kimi, kim hərbini peşə kimi seçmək istəyirsə, müqaviləli əsaslarla xidmət edəcək, kim elm və təhsilə yönəlmək istəyirsə, o istiqamətdə davam edəcək. Vətən qarşısında borc isə daha qısa müddətli xidmətlə də yerinə yetirilə bilər”.

Ekspert bildirir ki, gələcəkdə orduların strukturu tamamilə dəyişəcək və ən müasir texnologiyalar tətbiq olunduqca xidmətə daha az sayda insan cəlb olunacaq:

“XXI əsr son nöqtə deyil. Gələcək ordu modeli sürətlə texnologiyalaşır və bu proses davam etdikcə insan resursuna olan ehtiyac daha da azalacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri