Icma.az
close
up
RU
“Eşidir, görür, amma danışa bilmir” 6 ildir komadan çıxmayan Oqtay Gülalıyevin SON DURUMU

“Eşidir, görür, amma danışa bilmir” 6 ildir komadan çıxmayan Oqtay Gülalıyevin SON DURUMU

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İstəyir ki, danışsın, nəsə desin, hərf deyir, amma sözləri qura bilmir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 6 ildir ki, koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib.
“Məni eşidir, görür. Hərdən deyirəm ki, Oqtay, məni eşdirsənsə, gözünü yum. Yumur. Deyirəm bir də yum, bir də yumur. İstəyir ki, danışsın, nəsə desin, hərf deyir, amma sözləri qura bilmir. Mən iş görəndə, yanında hərəkət edəndə gözü ilə məni izləyir, başını çevirib baxır. Adını səsləyəndə həmin istiqamət üzrə çönüb mənə baxır.
 

Hər iki saatdan bir çevirib yerini dəyişirik ki, bədəni yara olmasın. Bu ayın 29-da  Oqtay bəyin düşdüyü qəzadan da 6 il ötür. O vaxt desəydilər ki, 6 il yataq vəziyyətində yaşayacaq, inanmazdım.  Bu ilin iyununda 51 yaşı oldu. Allahdan ümidimizi üzmürük. İnanıram ki, daha da yaxşılaşacaq”.


F.Gülalıyeva yoldaşının vəziyyətinin düzəlməsi üçün Səhiyyə Nazirliyi tərəfindən dəstək olunmadığını deyib:
 

“Hazırkı vəziyyətdə ona loqoped lazımdır. Bir xanım var idi. Amma yolu uzaq olduğu üçün artıq gəlmir. Biz Oqtay bəyin xəstəxanada yox, ev şəraitində müalicə olunmasını istəyirik. Nə qədər xəstəxanada qalaq? O da ki bununla bağlı bir iş görən yoxdur, dəstək yoxdur. Ev şəraitində müalicəsi üçün bir loqoped və psixoloqa ehtiyacımız var. Loqopedin bir seansı isə 60 manatdır. Açığı buna da gücümüz çatmadı. Tibb bacıları isə gündəlik olaraq gəlirlər”.


Qeyd edək ki, O. Gülalıyevi 2019-cu ilin oktyabrın 29-da yolu keçən zaman avtomobil vurub. Ona ilkin tibbi yardım göstərildikdən sonra 30 oktyabrda Bakıda əməliyyat olunub. Noyabrın 1-də isə Neyrocərrahiyə Xəstəxanasının Reanimasiya şöbəsinə köçürülüb. Noyabrın 6-da Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəyə aparılıb və "Avrasiya" xəstəxanasına yerləşdirilib. Burada müalicə aldıqdan sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Orada da bir neçə əməliyyat olunduqdan sonra Azərbaycana gətirilib. O, hazırda ev şəraitində müalicə alır.
Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri