Icma.az
close
up
RU
Medianı niyə komadan çıxmayan aktyora görə qınadılar? Həkimdən REAKSİYA

Medianı niyə komadan çıxmayan aktyora görə qınadılar? Həkimdən REAKSİYA

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün idi ki, bəzi xəbər saytları komaya düşən aktyor Azər Baxşəlyev haqqında gah ölüm xəbəri yazır, gah da bunu təkzib edən məlumat yayırdı. Aktyorla bağlı bu cür xoşagəlməz informasiyaların tirajlanması sosial şəbəkələrdə də etirazlar doğurmuş və ictimaiyyətin xəbər saytlarını qınamağına səbəb olmuşdu.
Qeyd edək ki, nəhayət dünən axşam həkimlər aktyorun ümumi vəziyyətində geridönməz proseslərin baş verdiyini nəzərə alaraq, onu süni tənəffüs aparatından ayırıblar.
Bu gün səhər isə Azər Baxşəliyevin ölümü təsdiqlənib.
Modern.az-ın məlumatına görə, tanınmış anestezioloq-reanimatoloq həkim Şahin Məmmədov öncəki günlərdə Azər Baxşəliyevlə bağlı fərqli məlumatların yayılmasına münasibət bildirib:

“Bu anlaşılmazlığa səbəblərdən biri də odur ki, beyin ölümü diaqnozu qoyulan insan yeni qanunlara görə, artıq ölmüş hesab edilir. Baxmayaraq ki, bu cür hallarda ürək döyünür, kardiomonitorda EKG, arterial təzyiq, temperatur, saturasiya göstərir. Ağır komada olan xəstələrdə olduğu kimi, bu cür insanlar süni tənəffüs aparatında müəyyən müddət saxlanılırlar.

Əvvəllər bu cür hallarda nə qədər ki ürək döyünür, süni tənəffüs aparatının söndürülməsinə icazə yox idi. Hazırda isə beyin ölümü diaqnozu qoyulmuş şəxslər tam ölmüş hesab olunduğu üçün süni tənəffüs aparatından ayırmaq qərarı verilə bilir”.
Tibbi baxımdan koma ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyətdir. Komaya girən adamda mərkəzi sinir sisteminin işi pozulur, huşu itir, bədən xarici qıcıqlara qarşı reaksiyasız olur, orqanizmin digər həyativacib funksiyaları getdikcə zəifləyir. Yəni komaya girən adam hələ ölmüş sayılmır. O ayıla da bilər. Ölüm faktının bioloji gerçəkləşməsi üçün beyin fəaliyyəti mütləq dayanmalıdır. Yalnız beyin fəaliyyəti dayanandan sonra ölüm faktı tibbi olaraq təsdiqlənir.


A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see218

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see173

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see150

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see122

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri