Icma.az
close
up
RU
Əsir mühəndisdən Səhra gülü nə qədər...

Əsir mühəndisdən Səhra gülü nə qədər...

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkinci Dünya müharibəsi haqqında yazılan kitabları, lentə alınan bədii və sənədli filmləri, təntənəli paradı insanlar bu gün də maraqla izləyir. Bu da səbəbsiz deyil. Başa çatmasının 80 illiyini qeyd etməyə hazırlaşdığımız bu dəhşətli savaş hər bir ailədə kədərli izini buraxıb. Kitab və filmlərdə, çəkilən tablolarda hər birimiz yaxınımızı axtarır, bədii qəhrəmanları onlara bənzədirik.  

Təkcə Avropanın deyil, dünyanın qorxunc yuxusuna çevrilən və "Qoca qitə"nin xəritəsini dəyişən İkinci Cahan savaşı bizim ailəyə də təsir edib. Ana babam Ələkbər Zeynalov müharibədə həyatını, ata babam Yaqub Məmmədov isə bir ayağını itirib. Bu itkilər, sovet-alman savaşının kədərli epizodları barədə yaşlı qohum-qonşunun xatirələri uşaqlıq yaddaşımda silinməz iz kimi qalıb. 

Gənclik illərindən taleyim elə gətirib ki, ömrümün çox hissəsini almanlarla təmaslarda keçirmişəm. Əlaqələr bu gün də davam etməkdədir. 1990-cı ildən Almaniyada fəaliyyətə başladığım zamandan İkinci Dünya müharibəsi mövzusu müxtəlif situasiyalarda qarşıma çıxıb. Tarixi qələbənin növbəti və yubiley ildönümü ərəfəsində həmin məqamları tez-tez xatırlayıram. 

İndi artıq gizlin deyil ki, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakıda, Sumqayıtda, Mingəçevirdə, Salyanda, Xızıda, indiki Göygöl rayonunda alman əsirləri yaşayıb və əsasən də onlardan tikinti-quruculuq işlərində ucuz işçi qüvvəsi kimi istifadə ediblər. O da məlumdur ki, Bakı şəhərinin memarlığında xüsusi iz buraxmış bir neçə əzəmətli binanı məhz hərbi əsirlər tikiblər. Həyatını itirən alman hərbi əsirlərin sadalanan şəhər və rayonlardakı məzarlıqlarının bu gün də qorunub saxlanılması Azərbaycan tolerantlığının bariz nümunəsidir. Bütün çətinliklərə rəğmən, sağ qalan hərbi əsgərlər isə Almaniyanın o zamankı kansleri Konrad Adenaurun Sovet İttifaqı rəhbərliyinə müraciəti əsasında ötən əsrin 50-ci illərdə əsirlikdən azad olunaraq vətənlərinə dönə biliblər. 

Vətəninə dönə bilən alman hərbi əsirlərdən biri Hoyzenştam (Heusenstam) şəhərindən olan Villi Deş (Willi Desch) 50 il sonra oğlu Tomasla birlikdə Mingəçevirə səyahət də edib, bir zamanlar salınmasında yaxından iştirak etdiyi şəhəri gəzib, mühəndis kimi gördüyü işlərdən danışıb, xatirələrini yerli sakinlərlə bölüşüb. Mingəçevirdən Hoyzenştama dönərkən əsirlik dövründə tərtib etdiyi xatirə dəftərini muzeyə bağışlamağı da unutmayıb. 

Bu hadisəni Əməkdar incəsənət xadimi Elçin Musaoğludan eşitmişəm. İllər öncə eşitdiyim bu gerçək əhvalat mənə çox maraqlı gəldi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə sənədli film çəkmək ideyası gerçəkləşdi. Almaniyadakı əlaqələrimdən istifadə edərək Villi Deşlə təmas qurduq, 2003-cü ilin martında Maynts şəhərində Alman-Azərbaycan Cəmiyyətinin iştirakı ilə təşkil olunmuş Azərbaycan Mədəniyyət Günlərinə onu da dəvət etdik. Ömrünün müəyyən hissəsi Azərbaycanla bağlı olan cənab Villi Deş dəvətimizi məmnuniyyətlə qəbul edərək tədbirdə yaxından iştirak etdi. 2007-ci ildə Azərbaycan-Alman Dostluğuna həsr olunan filmin əsas çəkilişləri Almaniyada aparıldığından Villi Deşlə müsahibə Azərbaycana olan məhəbbəti ilə müşayiət olundu. Sağollaşıb ayrılarkən unudulmaz anlar yaşadıq. Çiskinli havada evinin astanasından bizimlə sağollaşan Villi Deşin əlində Azərbaycan bayrağını tutması təsiredici məqam idi.

Çəkilişlər zamanı alman dostlar azərbaycanlıların humanistliyi və ölkəmizdəki multikultural mühit haqqında xeyli xoş sözlər, fikirlər səsləndirdilər. Azərbaycanı, burada yaşayan insanları həmişə xoş hisslərlə xatırlayan Villi Deş əlyazma şəklində qeydlərini bizim Cəmiyyətə hədiyyə etdi. 

İkinci Cahan müharibəsi mövzusunu düşünərkən daha bir maraqlı məqamı xatırlayıram. 1991-ci ilin mayında Köln şəhərində səfərdə idim. Savaş zamanı Türküstan Legionunun rəhbəri olmuş özbək əsilli alim Baymirzə Həyati məni şəhərətrafı evinə qonaq dəvət etdi. Həmin gün masa ətrafında Rusiyanın tanınmış ictimai xadimi, Ümumrusiya müftisi Ravil Qaynutdin, Qırğızıstan Respublikasının keçmiş mədəniyyət naziri, SSRİ Xalq artisti Çolpanbek Bozarbayev kimi maraqlı insanlar da var idi. Maraqlı və umudulmaz söhbətimizin xeyli hissi İkinci Dünya müharibəsinin acıları ilə bağlı oldu. 

Mövzunun davamı kimi Almaniyada Azərbaycan Legionu haqqında tədqiqat aparan Nəsiman Yaqublunu rəhmətlə anıram. Bu gün aramızda olmayan Nəsiman bəy Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Neu-Ulm şəhərinə səfər edə bildi, soydaşımız Bəşir Əlizadə ilə görüşlərdən maraqlı məlumatları qələmə aldı. 

Almaniyada yaşadığım dövrdə Azərbaycan Legionunun üzvlərindən Ali Lodos, Qılınc Avarla ötəri görüşlərimi, onların əzablı həyat hekayələrini unuda bilmirəm. Dəhşətli müharibə, onun gətirdiyi fəlakətlər, qırılan talelər...  

Yazımın əvəllində qeyd etdiyim kimi, qanlı-qadalı müharibənin başa çatmasından 80 il keçməsinə rəğmən, insanlar o dövrü anladan əsərlərə yenə də maraq göstərirlər. Kinorejissor Tahir Tahiroviçin  lentə aldığı "Rudolfun gündəliyi" sənədli filminin keçən il Avstriyanın paytaxtı Vyanada nümayişi zamanı yaşananlar buna bir nümunədir. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində filmə baxışda tamaşaçıların keçirdikləri həyəcan başadüşüləndir.

Yeri gəlmişkən, Tahir Tahiroviç bu mövzunu kino dilində əvvəllər də uğurla çatdırıb. Rejissor müharibə vaxtı yaralı azərbaycanlı əsgərə qayğı göstərən və sonra həyatını Naxçıvana bağlayan Erika xalaya həsr etdiyi "Səhra gülü" sənədli filmi məhz müharibənin bir insan həyatında buraxdığı iz barədədir. 

Ötən ay Berlindəki "Urania" Elm Mərkəzində maraqlı tədbir keçirilib. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirdə görkəmli rejissor Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi nümayiş etdirilib. Azərbaycanın mərd və qəhrəman oğlu Mehdi Hüseynzadənin obrazı filmdə ustalıqla canlandırılıb.

Alman-Azərbaycan Cəmiyyəti bu mövzunu daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, əsirlikdə vəfat edən azərbaycanlı əsgər, əslən Qərbi Azərbaycanın Meqri bölgəsindən olan Balaca Məmmədxan oğlu Hacıyevin Almaniyanın Zeithain Şəhər Məzarlığındakı qərib məzarını ziyarət etmək üçün Cəmiyyətimiz onun qohumlarına şərait yaratmışdı.  

2021-ci ilin oktyabrında Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə tarix elmləri doktoru Həcər Verdiyevanın rəhbərliyi ilə tarixən Azərbaycanda məskunlaşmış almanların Sibirə və Qazaxıstana deportasiya olunmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfrans da tarixin yaddaşına bir səyahət oldu.

Yuxarıda sadalanan xatirələr ağrılı-acılı olsa da, 1941-45-ci illərdəki qanlı savaşı və savaşdan sonrakı dövr tarixin unudulmaz səhifəsidir.

Çingiz ABDULLAYEV 

Professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri                                                                             

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see988

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see247

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see238

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see226

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see216

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see210

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see205

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see202

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see200

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see198

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see197

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see195

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see190

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see186

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see184

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see178

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see175

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see169

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see160

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri