Icma.az
close
up
RU
Beyni aktivləşdirən və yaddaşı gücləndirən SEHRLİ DAD KONKRET

Beyni aktivləşdirən və yaddaşı gücləndirən SEHRLİ DAD KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaponiyalı tədqiqatçılar müəyyən ediblər ki, kakao və giləmeyvələrdəki büzücü dad hissi, aktiv maddələr qana daxil olmasa belə, birbaşa beyni stimullaşdıraraq yaddaşın yaxşılaşmasına səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bu araşdırma “Current Research in Food Science” (CRFS) jurnalında dərc olunub.

Flavanollar – kakao, çay, qırmızı şərab və bəzi giləmeyvələrdə olan təbii birləşmələrdir. Əvvəllər onların yaddaş və idrak funksiyalarını gücləndirdiyi düşünülürdü, lakin bu maddələrin çox az hissəsi orqanizmə sorulduğu üçün təsir mexanizmi naməlum qalırdı.

Şibaura Texnologiya İnstitutundan professor Naomi Osakebenin rəhbərlik etdiyi komanda fərqli bir hipotez irəli sürüb: beyin üzərində təsiri məhz ağızdakı büzücü dad hissi, yəni kakao və qara çay içdikdə yaranan “quru” effekt göstərə bilər.

Tədqiqatın həmmüəllifi Yasuyuki Fudzii izah edir: “Biz güman etdik ki, bu dad özü bir stimuldur və siqnalı birbaşa mərkəzi sinir sisteminə ötürür”.

Bu hipotezi yoxlamaq üçün siçanlar üzərində eksperimentlər aparılıb. Flavanol məhlulu verildikdən sonra heyvanlar daha aktiv olublar: çox hərəkət edib, ətrafı araşdırıblar və oyanıqlıqla bağlı davranışlar nümayiş etdiriblər.

Yeni obyektləri tanıma testində flavanol alan siçanlar naməlum əşyaları daha uzun müddət araşdırıblar. Bu isə yaddaş və öyrənmənin gücləndiyini göstərir.

Eyni zamanda onların orqanizmində adrenalin və noradrenalin kimi katexolamin hormonlarının səviyyəsi yüksəlib. Bu, “qaç və ya döyüş” reaksiyası ilə əlaqəli olan simpatik sinir sisteminin yüngül aktivləşməsini göstərir: diqqət və konsentrasiyanı artıran mülayim stress halı.

Beyin analizləri göstərib ki, flavanol qəbulundan yarım saat sonra stres reaksiyasına cavab verən sahə aktivləşib, beyin kötüyündəki “locus coeruleus” adlı mərkəzdə isə oyanıqlığın əsas vasitəçisi olan noradrenalin səviyyəsi artıb. Eyni zamanda onun sintezi üçün lazım olan fermentlərin istehsalı da güclənib.

Bu nəticələr göstərir ki, büzücü dad hissi fiziki məşqə bənzər “faydalı stress” yaradır: neyronları aktivləşdirir, diqqəti artırır və yaddaşı gücləndirir.

“Flavanolların yaratdığı reaksiya idmanla məşğul olduqda yaranan reaksiyaya bənzəyir. Bu birləşmələrin mülayim təsiri həyat keyfiyyətini artıra bilər”, – Fudzii qeyd edib.

Hələlik araşdırma siçanlar üzərində aparılıb, lakin alimlər bu mexanizmin insanlarda da işləyib-işləmədiyini yoxlamağı planlaşdırırlar. Əgər hipotez təsdiqlənsə, gələcəkdə maddələrin sorulmasına deyil, dad hissinə əsaslanan beyin fəaliyyətini artıran məhsullar hazırlanması mümkün ola bilər. (Publika.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri