Eşitmə məhdudiyyətli şəxslərin nəzərinə
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət Xidmətlər Zərfinə əlavə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata görə, qəbul edilən qərar koxlear implantdan istifadə edən şəxslərin cihazla bağlı texniki, tibbi və funksional ehtiyaclarının daha sistemli şəkildə qarşılanmasına xidmət edir.
Qərara əsasən, koxlear implantdan istifadənin ilk ilindən sonra cihaz ildə əlavə olaraq 4 dəfə tənzimlənəcək. Bu xidmətə cihazın texniki sazlanması ilə yanaşı, mütəxəssis konsultasiyası da daxildir. Sözügedən xidmətin dəyəri 300 manat olaraq müəyyən edilib.
Bundan əlavə, ən azı 5 il istifadə olunmuş köhnə nitq prosessorları yeni modellərlə əvəz ediləcək. Yenilənmə prosesi zamanı da mütəxəssis konsultasiyası təmin olunacaq. Bu xidmətin dəyəri 15 500 manat təşkil edir.
Eyni zamanda, zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş cihazlar eyni modelin nitq prosessoru ilə əvəzlənəcək. Bu halda da tibbi konsultasiya xidmətə daxildir və xidmət yalnız zəmanət müddəti başa çatmış hallar üçün tətbiq olunur. Xidmətin dəyəri 5 500 manat olaraq müəyyən edilib.
Agentlikdən bildirilib ki, bu qərar eşitmə məhdudiyyətli şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması, koxlear implantlardan uzunmüddətli və effektiv istifadə imkanlarının artırılması baxımından mühüm sosial əhəmiyyət daşıyır.
Qeyd edilib ki, yeni xidmətlər Xidmətlər Zərfinin genişləndirilməsi çərçivəsində dövlətin sosial və səhiyyə siyasətinin tərkib hissəsi kimi həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 02 Fevral 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















