Eşitmə məhdudiyyətli idmançılarımız beynəlxalq yarışdan 6 medalla qayıdıblar
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Deflimpiya Komitəsinin eşitmə məhdudiyyətli karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində uğurlu nəticələr göstərərək 6 medal qazanıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif ölkələrdən 300-ə yaxın idmançının mübarizə apardığı yarışda Azərbaycandan 16 idmançı, o cümlədən deflimpiyaçı, yəni eşitmə məhdudiyyətli 6 idmançı iştirak edib. Deflimpiyaçılarımız “Senior Deaf” kateqoriyasında nailiyyətlər əldə edərək 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. Onlardan Elnur Qasımzadə (67 kiloqram) qızıl medal, Hikmət Ağayev (60 kiloqram) və Əliəkbər Əlizadə (75 kiloqram) gümüş, Şaiq Osmanov (75 kiloqram), Sahib Sahibli və Elmin Hüseynli (hər ikisi 84 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, idmançılarımız baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında turnirdə mübarizə aparıblar.
Xatırladaq ki, eşitmə məhdudiyyətli şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafını, onların cəmiyyətə inteqrasiyasını və beynəlxalq idman arenalarında uğurlu təmsilçiliyini təmin etmək məqsədilə 2023-cü ilin oktyabrında Azərbaycan Deflimpiya Komitəsi yaradılıb və Komitə 2025-ci ildən Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) üzvüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















