Icma.az
close
up
RU
Əsl kişi romantik olmaz Həm sevgi, həm də məntiqin birləşdirdiyi cütlük

Əsl kişi romantik olmaz Həm sevgi, həm də məntiqin birləşdirdiyi cütlük

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Münasibətlər iki cür olur. Ya məntiq, ya da sevgi əsasında qurulan. Lakin bunun hər ikisini eyni anda yaşayanlar da var. Pakistanlı Əli və azərbaycanlı Nərgizin hekayəsi də öncə sevgi ilə başlayıb. Öncə sevgili olan cütlüyümüz sonradan güclərini birləşdirib birlikdə böyük işlər görürlər.

Oxu.Az xəbər verir ki, hazırda Pakistanda yaşayan cütlüyümüz xoşbəxt evliliklərindən "Kaspi" qəzetinə bəhs edib.

"Əsl kişi romantik olmaz"

Nərgiz deyir ki, Əli ilə Azərbaycanda tanış olublar: "Yoldaşım 2019-cu ildə Ramazan bayramında Bakıya gəlmişdi. Mən də turizm şirkətində tur koordinatoru olaraq çalışırdım. Əli və dostları bizim şirkətlə danışmışdı və mən onları gəzdirməli idim. Gəlmələrinə üç gün qalmış dostlarının əlavə işləri çıxıb, səfərdən imtina ediblər. Ona görə Əli tək gəlmişdi. Bir həftə ona bələdçilik etdim, Bakını göstərdim, tariximizi danışdım. Ölkəsinə döndükdən sonra da biz onlayn danışırdıq. Ayda bir dəfə Bakıya gəlirdi".

Nərgizin sözlərinə görə, pakistanlı oğlanı seçməsinin səbəbi onun xasiyyətidir: "Əli pakistanlılardan çox fərqlənir. Çünki onlar bir az daha dindar, qapalı olurlar. Lakin Əli çox müasir düşüncəlidir. Xarakteri güvən verir. Mən gec və çətin güvənən insanam. Birinə güvənmək üçün onu dəfələrlə test edirəm. Amma Əli bunların hamısından uğurla çıxdı. O, ciddi münasibət insanıdır. Bir ay idi danışırdıq, mənə dedi ki, "sənin mənimlə fikrin ciddidir? Evlənmək istəyirsən mənimlə?" Bunlar məni cəlb etmişdi. Biz ikimiz də romantik xasiyyətli deyilik. Birlikdə işlər görmək bizə daha uyğundur. Düşünürəm ki, əsl kişi romantik olmaz. Əsas olan onun sədaqətidir. Üç il ərzində heç vaxt mənə qarşı münasibəti dəyişmədi. Bu səbəbdən onunla ailə qurmaq qərarı verdim".

"Bizim ölkəmizdə qızların əksəriyyəti yoldaşlarından asılı olur"

Bu məsələdə Əli də yoldaşı kimi düşünür: "Nərgizlə ilk dəfə danışanda onda ən çox bəyəndiyim ağlı, savadı, işlərə fokuslanmağı oldu. Həyatda məqsədi, xəyalları olması xoşuma gəlmişdi. Çünki bizim ölkəmizdə qızların əksəriyyəti yoldaşlarından asılı olurlar. Həyatda elə də məqsədləri olmur, yalnız evlənmək haqqında düşünürlər. O, fərqli olduğu üçün bu cəhətləri məni cəlb etmişdi. Sizin ailə dəyərləriniz çox yüksəkdir. Bir-birinizlə bağlarınız çox möhkəmdir. Bu, mənim üçün çox önəmli idi".

"O, yanımda olanda özümə inamım artır"

Nərgizin fikrincə, onlar Əli ilə həm çox fərqli, həm də eynidirlər: "Bizim ortaq cəhətlərimiz demək olar ancaq işlə bağlıdır. Mən daha çox kreativliklə bağlı işləri görürəm. Əli isə idarəetmə işləri ilə məşğuldur. Çünki xarakter olaraq bir-birimizdən fərqliyik. Mən plansız insanam, dəyişkən əhval-ruhiyyəliyəm. Amma yoldaşım hər saniyəsini planlayır, vaxtını çox gözəl idarə edir. Onun qarderobunda yalnız ağ köynəklər və cins şalvarlar görə bilərsiniz. Hər gün eyni cür geyinir, eyni qidaları yeyir, idmanla məşğul olur və bundan zövq alır. Məndə isə tərsinədir. Əli məndə olmayan xüsusiyyətləri tamamlayır. Mən də onda olmayan xüsusiyyətləri bütünləşdirirəm. Mübahisələrimiz çox zaman fərqliliklərimizə görədir. Mənim rahat, düzənsiz olmağım Əlini tez-tez əsəbiləşdirir. Amma onun belə planlı olması məni heç zaman qıcıqlandırmır. Əksinə, çox xoşuma gəlir. Bəzən deyirəm kaş mən də onun xasiyyətində ola biləydim. Amma beynimiz demək olar ki, eyni düşünür. Məncə, bu səbəbdən də bir çox mövzu ilə bağlı fikirlərimiz eynidir".

Nərgizlə yoldaşı fərqli olsa da, onları inkişaf etdirən də elə budur: "Yoldaşım məni hər zaman motivasiya edir. Məsələn, özümə inanmadığım anlarda o, hər zaman mənə inanıb, güvənib, dəstək olub. Bəzən kefim olmur, ürəyim sıxılır, motivasiyadan düşürəm. Belə günlərdə Əlidən dəstək alıram. O, mənim yanımda olduğu zaman özümə olan inamım artır".

"Onu daha çox sevdilər"

Nərgiz deyir ki, ilk vaxtlar ailəsi pakistanlı kürəkənlə bağlı narahat olsa da, o, zamanla özünü sevdirməyi bacarıb: "Mən ailəmə pakistanlı oğlanla ailə qurmaq istədiyimi dedikdə anam bir az narahat oldu. Çünki məni uzağa buraxmaq istəmirdi, deyirdi, gəlsinlər Bakıda yaşasınlar. Anam Əlini tanıdıqdan sonra onun necə tərbiyəli, ağıllı biri olduğunu gördü. Beləliklə, bütün narahatlıqları keçdi. Nişandan sonra Əli evimizə gəlib-getməyə başladı. Bu zaman onu daha da çox sevdilər".

Anasının narahatlığından əlavə Nərgiz də Bakıdan başqa bir yerdə yaşamaq istəməyib, lakin həyat onların yaşamını orada var edib: "Mən uşaqlığımdan Hindistan filmlərinə maraq göstərmişəm. Hər zaman onların adətləri, mədəniyyətləri, rəqsləri mənə maraqlı gəlib. Bu səbəbdən pakistanlı oğlanla ailə quranda insanlar o qədər də təəccüblənmədi. Amma Pakistana köçəcəyim ağlıma gəlməzdi. Çünki burada yaşamaq istəmirdim. Bakıda qalmaq daha xoş idi. Amma burada işlərimiz var. Əgər gələcəkdə Bakı ilə bağlı planlarımız olarsa, orada yaşamağı düşünə bilərik".

Dörd xalqın adətlərinə uyğun nişan

Nərgiz nişan mərasimlərindən belə bəhs etdi: "Nişanımız pandemiya dövrünə təsadüf etmişdi. Sərhədlər bağlı idi. Ona görə Əlinin ailəsi Azərbaycana gələ bilmirdi. Biz də belə bir qərar verdik ki, gedək İstanbula ailə dostlarımızla nişanımızı edək. Ailələrimiz ilk dəfə orada görüşdü. Nişanda həm Pakistan, həm Azərbaycan, həm kürd, həm türk adətləri bir-birinə qarışmışdı. Qayınanam öz adətlərinə uyğun mənə qırmızı yazılı lent gətirib qoluma bağlamışdı. Azərbaycan adətlərinə xas da qırmızı kəlağayı gətirmişdim. Belə kompozisiyanın olması nişanımızı daha da maraqlı etdi".

Cütlüyün toylarında xüsusi rəqslər qonaqları valeh edib: "Toyumuzda Azərbaycanın adətlərinə əməl edilmişdi. Hətta pakistanlı qohumlarımız da rəqslərimizi oynadılar. Yoldaşım toyumuza dostlarını da dəvət etmişdi. Dostları toyumuza gələndə onları Bakı ilə də tanış etmişdim. Əli və dostlarının toyumuzda çox gözəl rəqs şousu olmuşdu. Bakıya gəldikdə mənə də rəqs öyrədirdilər. Bir dəfə bu təcrübəni Dənizkənarı Milli Parkda etmək qərarı verdik. Orada bir hindistanlı turist də bizə qoşulub rəqs etmişdi. Rəqslər toyumuzu daha da maraqlı etmişdi".

"Mən sizin toyları daha çox bəyənirəm"

Nərgiz Pakistan toylarından da danışdı: "Bizim toylarda onların adətlərindən fərqli olaraq içki verilir. Pakistanda heç mağazalarda da satılmır. Onlara toyumuzda əsas qəribə gələn ailə böyüklərinin məclisdə içki içməsi olmuşdu. Pakistanda daha çox görücü üsulu evliliklər olur. Ona görə birinci ailələrin tanışlığı baş tutur. Sonra isə oğlan və qız bir-birini görə bilir. Amma sevgi evlilikləri də olur. Bizim xınamız onlarda Mehindi adlanır. Rəqs etmək yalnız o zaman olur. Şadi isə toylarıdır. Dindar ailələrdə musiqi olmur. Amma daha müasir ailələrdə belə deyil. Qız köçürüldüyü üçün ağlayırlar. Bu səbəbdən mən o toylara getməyi sevmirəm. Qız oğlan evinə köçdükdən 3-4 gün sonra Valima adlanan oğlan toyu olur. Burada fərqli mədəniyyətlərə məxsus xalqlar var, onların da toyu bir-birindən fərqlənir".

Pakistanlı kürəkən Azərbaycan toylarının daha maraqlı olduğunu düşünür: "Mən sizin toyları daha çox bəyənirəm. Öz ölkəmdə o qədər də toya gedən biri deyiləm. Bakıdakı toyumuzu çox bəyənmişdim. Mənə orada ən qəribə gələn gəlinin belinə bağlanan qırmızı lent oldu. Mənasını mənə izah etdikdə də sevmədim. Qadınlara belə məna yükləmək mənə xoş gəlməmişdi".

"Azərbaycan mənim ikinci vətənim kimidir"

Əlinin sözlərinə görə, Azərbaycan haqqında məlumata sahib olmayıb: "Ölkəniz haqqında məlumatım ilk dəfə Kərbəlaya getdiyim zaman olub. Orada tanımadığım bir bayraq gördüm. Araşdırdım və ölkənizi bu vəsilə ilə tanıdım. Pakistanda Azərbaycan çox da tanınmır. Bakı deyəndə bir az səyahət edənlər başa düşürlər. Bir neçə il keçdikdən sonra gəlib görmək qərarı verdim. Gözəl yer olduğunu demişdilər, amma bu qədər inkişaf etmiş, müasir bir şəhər olduğunu bilmirdim".

Əli artıq ölkəmizi çox sevir: "Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmişdim. İnfrastruktur, yollar, gəzməli yerləriniz məni şoka salmışdı. Ondan sonra da tez-tez ölkənizdə oluram. Mənim ikinci vətənim kimidir. Qəbələ, Qusar, Şamaxı kimi rayonlarınızda olmuşuq. Qəbələni xoşlayıram. Mən meqapolisləri daha çox sevirəm. Çünki yaşadığım Kəraçi də çox böyük şəhərdir. Bu səbəbdən daha çox Bakını bəyənirəm. Bakı mənim üçün çox sakitdir. Daha çox dincəlmək üçün səyahət edirəm".

Əli ölkəmizi o qədər sevir ki, hətta dilimizə də maraq göstərir: "Diliniz mənə çox çətin gəlir. Ölkənizdə özümü daha rahat ifadə edə bilmək üçün dəfələrlə dilinizi öyrənmək üçün müəllimlə hazırlaşsam da, öyrənə bilmədim. Sözləriniz yadımda qalmırdı. Amma az-çox anlaya bilirəm. Özümü az da olsa, ifadə etməyə çalışıram. Lakin tam ifadə edəcək, söhbət edəcək qədər danışa bilmirəm".

Pakistanlı bəy yeməklərimizi hədsiz çox sevir. Ən bəyəndiyi isə aş, kabablarımız, dolmadır. Nərgiz isə yaşadığı ölkənin mətbəxi haqqında bu cür düşünmür: "Yeməkləri çox acı və ədviyyatlı olur. Çayları da ağırdır, çox ədviyyatlıdır. İlk vaxtlar bununla bağlı xeyli çətinlik çəkirdim. Əsasən yeməklərimi özüm bişirirəm. Bəzən də pəhriz yeməklər satan restoranlardan sifariş edirəm. Yoldaşım da acı sevmir".

"Novruz mənə də doğma bayramdır"

Əli ilə Nərgizin tək ortaq cəhəti xasiyyət deyil. Hər ikisi üçün Novruz bayramının xüsusi yeri var. Sən demə, Əlinin ailəsi də illərdir bu bayramı təntənə ilə qeyd edirmiş: "Ata tərəfimin İran ilə bağlılığı olduğu üçün Novruz bayramı mənə də doğma bayramdır. Hətta uşaq olanda ata nənəm Novruz bayramını çox yüksək səviyyədə qeyd edirdi. Hər zaman tonqaldan tullanmışıq. Şirniyyatları da bişirmişik. Paxlavanızı bəyənirəm".

Nərgiz deyir ki, onu və ölkəmizi sevən sadəcə Əli deyil: "Mən qayınanam, qayınatamla birlikdə yaşayıram. Onlar məni çox sevirlər. Qayınanamla xasiyyətimiz mükəmməl tutur. Mənə hər zaman kömək olurlar. Onlar da Bakını gəziblər. Azərbaycan çayını çox sevirlər. Qayınatam bizim çayımıza yaşıl çay deyir. Hər dəfə Bakıdan qayıdanda onlara çayımızdan gətirirəm".

Sıxlıq və xaos şəhəri

Nərgizin sözlərinə görə, pakistanlılar hər zaman milli geyimdə olurlar: "Burada ilk şoku hava limanına endikdə yaşadım. Çünki insanlar çox fərqli geyinir. Xüsusi şalvarları, kamiz adlanan uzun qollu köynəkləri var. Qadınlar üçün olanlarının üzərində güllər, qaşlar var. Yanlarında mütləq şal olur. Çünki harada olurlarsa-olsunlar, azan oxunduğu zaman başlarını örtürlər. Amma kişilərdə sadə ağ rəngdədir".

Azərbaycanlılarla pakistanlıların ortaq cəhətlərindən biri də insanların xarici vətəndaşlara göstərdikləri xoş münasibətdir: "İnsanları çox qonaqpərvərdirlər. Xaricilərə olduqca hörmət edirlər. Buraya ilk vaxtlar gələndə mənə çox dəstək olurdular. Mənim üçün xüsusi yeməklər sifariş edirdilər. Dəfələrlə evlərinə qonaq çağırıblar".

Nərgiz deyir ki, Pakistanda həyat ölkəmizdən çox fərqlənir: "Burada insanların rejimi çox fərqlidir. Gecə 4-5-də yatırlar. Səhəri gec oyanırlar. İş burada saat 11-də başlayır, əhali çoxdur. Kəndlərdən insanlar işçi olaraq gəlir. Şəhərdə dəhşətli sıxlıq var. Əvvəl şoka düşürdüm, əsəbiləşirdim. Amma sonradan öyrəşdim. Maşından çox motosiklet var. Kasıb ailələr bir motosikletdə beş nəfər gedirlər. Güzgüləri də olmur. Necə gəldi hərəkət edirlər. O səbəbdən burada maşın sürmək təhlükəlidir. Kameralar, radarlar da mövcud deyil. Lakin hazırda burada çox xoşbəxtəm. Hamı deyirdi ki, Kəraçi təhlükəli şəhərdir. Amma hər yerə getsəm də, belə bir halla qarşılaşmamışam. Sadəcə, müəyyən ərazilərdə ehtiyatı əldən verməmək lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 May 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gəncədə faciəli şəkildə ölən Elgünlə bağlı VİDEO

17 May 2025 15:15see324

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see262

Elçin Quliyev general mayoru vəzifəsindən azad etdi FOTO

17 May 2025 18:47see192

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see126

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see124

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see123

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see122

Sərbəst güləşçilərimiz komanda hesabında İranda üçüncü oldular

17 May 2025 11:45see121

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see120

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see120

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see120

Gəncədə döyülərək öldürüldüyü deyilən Elgün intihar edibmiş

17 May 2025 12:40see119

Məşhurların evliliklərinə son qoyan filmlər Siyahı

17 May 2025 11:02see117

18 yaşlı Elgünü kim öldürüb? Qatillər niyə hələ də tapılmayıb?

17 May 2025 12:04see117

Nəsillərarasındakı fərq nədir?

17 May 2025 17:36see116

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

17 May 2025 07:02see116

İrəvan və Bakı arasında sülh müqaviləsi... Arakçı

17 May 2025 17:13see115

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see115

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see113

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri