Icma.az
close
up
RU
Eşqi Bağırovu Agentliyə buraxılmırlar KONKRET

Eşqi Bağırovu Agentliyə buraxılmırlar KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Ümumtəhsil məktəblərinin tarifikasiyası təsdiq olunmamış, təqribən, on-on beş gün öncə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məcburi məzuniyyətə göndərildi. Eyni variantı Emin Əmrullayev vaxtilə elm və təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya da qarşı tətbiq etmişdi. Onu məcburi məzuniyyətə göndərmişdi və Məhəbbət Vəliyeva Nazirliyin binasına buraxılmamışdı. Aldığımız məlumata görə, ayın 12-də Eşqi Bağırov işə çıxmalı idi. Amma onu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə buraxmayıblar, hazırda da buraxmırlar. Belə çıxır, Eşqi Bağırovun da qələmi qırılıb və işdən azad olunacaq. Görünən budur ki, ona edilmiş bütün təzyiqlərə baxmayaraq, Eşqi Bağırov işdən çıxmaqla bağlı ərizə yazmır. Əvəzində də binaya buraxılmır. Yaxın günlərdə Eşqi Bağırovun müqavimətinin qırılacağı, əzinənin yazılacağı gözlənilir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

“Neçə ildir, Elm və Təhsil Nazirliyində funksional mövqe mübarizəsinin şahidiyik. Bu gün də xəbər yayıldı ki, “Azqranata” şərabçılıq zavodundan daha bir kadr Təhsilin İnkişafı Fonduna gətirilib. Emin Əmrullayevin “Azqranata” şirkətinə xüsusi məhəbbəti haradandır, bilmirəm. Deməli, “Azqranata” şirkətindən kadların transferi davam edir. Yəqin ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə də növbəti kadr “Azqranata” şirkətindən gətiriləcək. Bütün bunların fonunda ölkə təhsilində vəziyyət çox bərbaddır. Yüzlərlə məktəbdə müəllim yeri boşdur, dərslər keçirilmir, bölgü tam aparıla bilməyib. Cədvəl hazır deyil. Tarifikasiya təsdiq olunmayıb. Nəticə etibarilə, məktəblərin fəaliyyəti iflic vəziyyətə düşüb. Onlarla bağlanan məktəbdə hələ də şagirdlərin taleyi məlum deyil. Hətta Lerik və Yardımlı kimi rayonlarda şagirdlərin onlayn tədrisə keçməsi ilə bağlı xəbərlər gəlir. Reallıq budur ki, ölkə təhsili bir dəstə kommersantın əlində oyuncağa çevrilib. Eşqi Bağırovun taleyinə də yaxın günlərdə aydınlıq gələcəyini gözləyirik…” – o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri