Icma.az
close
up
RU
Bağırovu kimlər təəccübləndirib?

Bağırovu kimlər təəccübləndirib?

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqada 3 tur arxada qalıb. Komandalar hazırda milli komandaların oyunlarına görə fasilədədir və hazırlıqlarını davam etdirir.

“Araz-Naxçıvan” və “Kəpəz”in sabiq baş məşqçisi Azər Bağırov “Futbolpress.az“a açıqlamasında mövsümün startını dəyərləndirdi:

“Düşünürəm ki, debütantlar – “İmişli” və “Karvan-Yevlax” gözləntilərdən daha artığını etdi. “Araz-Naxçıvan”ın da oyununu fərqləndirərdim. Amma debütantlardan bu nəticələr gözlənilmirdi. Nə qədər davam edəcəyini deyə bilmərəm, lakin digər komandalar stabilləşməyə getsələr, bu klublar üçün vəziyyət çətin olacaq.

Sürpriz deməzdim, amma gözləntilərdən aşağı olanlar “Neftçi” və “Sabah” oldu. Fikirləşirəm ki, baxmayaraq ki, “Sabah” avrokuboklarda oyunlar keçirdi və daha hazır olmalı idi. “Neftçi” isə demək olar, ötənilki uğursuzluğu təkrarlamaqdadır. Komandada ruh düşkünlüyü var və oyun qeyri-stabildir”.

Bağırov ötən mövsüm elitada saxladığı, ancaq daha sonra ayrıldığı “Kəpəz”in uğursuz çıxışı haqda danışmaq istəmədi. Mütəxəssis çempionatda qələbəsi olmayan “sarı-göylər” haqda bunu qeyd etdi:

“Kəpəz” haqda nəsə desəm, doğru qarşılanmaz. Azarkeşlərinə səbir arzulayıram. İnşallah, hər şey arzuladıqları kimi olar”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see298

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see279

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see274

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see267

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see260

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see257

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see254

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see253

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see249

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see245

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see222

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see215

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see215

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see215

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see215

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see213

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see213

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see208

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see203

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri