Icma.az
close
up
RU
Eşqin tərifini verən yazıçı Əlibala Hacızadə haqqında

Eşqin tərifini verən yazıçı Əlibala Hacızadə haqqında

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Günel Mehrinin tanınmış yazıçı Əlibala Hacızadənin 90 illiyinə həsr etdiyi "Eşqin tərifini verən yazıçı" yazısını təqdim edir.

Şərq kişisi üçün ən çətini öz eşqini izhar etməkdir. Anasına, bacısına, övladına, ən çox da sevdiyi qadına. Bu mənada şairlər aşiqlərin dadına çatır. Çünki ən utancaq şair də vərəqlərin bəyaz sükutu qarşısında rahatlaşır və duyğularını asanlıqla kağıza köçürür. Çünki şeir - duyğuların çılpaq ifadəsidir. Poeziyada nəsrdən daha önəmlidir səmimiyyət. Və yalnız mayasında səmimiyyət olan eşq namələri ilk ünvanından qopub dillərə düşür və bir partanın üstündə, bəlkə də bir statusda, ya tələsik göndərilmiş mesajda ürkək etiraflara tökülür...

***

Bilməm nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində?
Tək sənin adını yazmışam, gülüm,
Qəlbimə min gözəl adın içində...

Amma ütülü bir qələmdən çıxan misralar eşqin tərifini verə bilməz axı. Şair gərək sevgi sözlərini ürkütməsin, ehmalca tozunu silib, incə-incə sapa düzsün. Əlibala Hacızadə, necə deyərlər, bu işin ustası idi. O, əksər şeirlərində “gülüm” deyə xitab etdiyi qadına öz sevgisini müxtəlif variantlarda dilə gətirməkdən yorulmurdu. Və yəqin ki, içində bir alov kimi çağlayan sevgini ötürə bildiyi üçün onun qələmi bu qədər sevilib seçilir həm öz zamanında, həm də müasir günümüzdə...

***

Gül nəfəsin gül qoxuyur, ay gülüm,
De gül nədir, çiçək nədir yanında.
Bu dünyada mələkdən də gözəlsən,
Huri nədir, mələk nədir yanında...

Bəlkə də indiki gənclər bu misraları internetin ucsuz-bucaqsız ənginliklərində oxuduqda ya dinlədikdə müəllifin kim olduğunu bilmir. Bəlkə də Əlibala Hacızadə adı onlara tanış deyil. Amma şairin sözünün sehri qəlbləri riqqətə gətirir, istər şeirlərdə, istərsə də mahnılarda. Çünki doğmadır, inandırıcıdır. Hər misrasında bir ürək titrəyişi, bir duyğunun dadı var...

***

Nurdan yaranmısan, nurdu baxışın,
Ulduzlar göylərə gözündən düşüb.
Sevən ürəyimə bu atəş, bu od,
Sevən ürəyinin gözündən düşüb...

Xatirimə gəlir ki, ötən əsrin 90-cı illərində Əlibala Hacızadə misraları artıq nəğmələrə köçmüşdü. Zaman-zaman müğənnilərin ifalarında eşidilir, uğurlu nəğmə ömrünü yaşayırdı. Həmişə deyirəm, şeirləri yaddaşlara köçən şairlər əbədi ömür qazanır. Gör bir neçə ildir, Əlibala müəllim başqa dünyanın sakinidir. Amma könüllərdə əbədi taxt qurub. Və tək şeirləri ilə deyil. Kitabsvərlər bilir, doğulduğu Biləsuvar rayonundan Bakıya köçdükdən sonra bütün ömrü boyu əsl ədəbiyyat fədaisi kimi yaşayan şairin əsərləri sovet dönəmində əl-əl gəzirdi. O zamanlar Bakıda şəxsi kitabxanası olan elə bir ev yox idi ki, Əlibala Hacızadənin romanları oranı bəzəməsin. Onun “Təyyarə kölgəsi”, “Əfsanəsiz illər”, “Vəfalım mənim”, “Ayrılığın sonu yoxmuş” və digər romanları olduqca populyar idi. Çoxlarına efirdən tanış olan “İtkin gəlin” trilogiyası isə Azərbaycan televiziya tarixində reallaşdırılan ilk seriallardan biri kimi yaddaşlarda qalıb. Amma şairin həyat yolu heç də asan keçməmişdi. Uğurlar çoxaldıqca çətinliklər də artırdı. Belə ki, Əlibala müəllim zamanında çox təzyiqlərlə üzləşmiş, çox tənqidlərə tuş gəlmişdi, amma heç nə onun ədəbiyata olan sevgisini tükəndirə bilməmiş, soyutmamışdı.

***
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.

Bu il şair, nasir Əlibala Hacızadənin 90 illiyidir. Hiss edirəm ki, qızı Asya Hacızadə atasının yubiley tədbiri ilə bağlı bərk həyəcan keçirir. Yeri gəlmişkən, Asya xanım sələfinin yolunu bir qədər başqa istiqamətdə davam etdirmiş Əməkdar jurnalistdir. Vaxtilə ölkə başçısı Heydər Əliyevi xarici səfərlərdə müşayiət edən jurnalistlər qrupunun bir nümayəndəsi kimi, ölkənin siyasi mənzərəsini qəzet səhifələrinə köçürərdi. Söhbət əsnasında deyirəm:

– Asya xanım, bəlkə, mən də bir yazı yazdım atanızla bağlı.

– Konkret olaraq nədən yazmaq istəyirsən?

– Yaddaşımın diqtə etdiklərindən...

– Bilirsənmi, atamın bir sevgi düsturu vardı. Deyirdi, sevilmək istəyirsənsə, sev. Bəlkə bunu da qeyd edəsən?
Hmm... Bütün təsadüflər zərurətdən doğur axı. Bu nə qəribə təsadüf? Aylardır, votsapdakı profil fotomun altında eyni cümləni yazmışam. Amma latınca: “Si vis amari, ama” ...

Şair Məmməd İsmayıl vəfat etdi İçkiyə görə işdən qovulan aktyorumuzun faciəvi həyatı Rusiyada ardıcıl konsert verəcək: Eminin planı dəyişdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri