Ədəbiyyat Muzeyində yazıçı Əlibala Hacızadənin xatirə guşəsi yaradılacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 oktyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli yazıçı Əlibala Hacızadənin xatirəsinə ehtiram əlaməti olaraq ədibin guşəsi yaradılacaq.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə yazıçının qızı, Əməkdar jurnalist Asya Hacızadə atasının şəxsi əşyalarını, yadigarlarını Ədəbiyyat Muzeyinə hədiyyə edib.
Asya Hacızadənin budəfəki sovqatı Əlibala Hacızadənin yağlı boya ilə işlənmiş portreti olub. O, həmçinin şüşə üzərində işlədiyi daha bir zərif rəsm əsərini muzeyə hədiyyə edib.
Muzeydə Əlibala Hacızadəyə məxsus guşədə nümayiş etdiriləcək xatirə əşyaları, əlyazmalar, əsərlər, çoxsaylı kitablar, tarixi sənədlər, orijinal fotolar və digər maraqlı eksponatlar ədibin irsinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətə malikdir.
Ekspozisiya tezliklə ziyarətçilərin üzünə açılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















