Estetik əməliyyatdan narazı qalan pasiyentlər həkimdən necə təzminat ala bilər?
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Estetik əməliyyatlardan sonra ən çox rast gəlinən hüquqi mübahisələrdən biri pasiyentin nəticədən narazı qalmasıdır. Bu halda həm mülki iddialar, həm də hüquq-mühafizə orqanlarına müraciətlər mümkündür".
Milli.Az xəbər verir ki, bu sözləri hüquqşünas Bəhruz Orucov deyib.
O bildirib ki, bu cür risklərin minimuma endirilməsi üçün həkim və tibb müəssisəsi bir neçə qaydanı bilməlidir:
"Pasiyentlə ətraflı və aydın müqavilə bağlamalı, göstəriləcək tibbi xidmətin həcmini və məqsədini dəqiq göstərməli, gözlənilən nəticələri və mümkün riskləri yazılı şəkildə izah etməli, pasiyentin məlumatlandırılmış razılığını (informasiya verilmiş razılıq) mütləq almalı, əməliyyatdan əvvəl və sonra tibbi sənədləşməni tam və düzgün aparmalıdır.
Unutmayın ki, estetik əməliyyatda həkimin vəzifəsi pasiyentə tibbi standartlara uyğun, peşəkar xidmət göstərməkdir. Nəticə ilə bağlı yaranan mübahisələrdə isə ən vacib sübutlardan biri düzgün tərtib edilmiş müqavilə, məlumatlandırılmış razılıq forması və tibbi sənədlərdir".
Qeyd edək ki, hüquqi cəhətdən güclü sənədləşmə həm pasiyentin hüquqlarını qoruyur, həm də həkimi əsassız iddialardan müdafiə edir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:247
Bu xəbər 30 İyun 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















