Icma.az
close
up
RU
Estetik əməliyyatdan narazı qalanların diqqətinə Pulunuzu geri ala bilərsiniz

Estetik əməliyyatdan narazı qalanların diqqətinə Pulunuzu geri ala bilərsiniz

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Türkiyə məhkəmələrinin son qərarlarına əsasən, burun və digər estetik əməliyyatlar artıq “əsər” sayılır. Yəni əməliyyatı həyata keçirən həkimin əl işi pasiyent  gözləntilərinə cavab verməsə, vətəndaş məhkəməyə müraciət edərək ödədiyi pulu geri tələb edə bilər. Bu, həm pasiyentlər, həm də həkimlər üçün hüquqi baxımdan mühüm yenilik kimi qiymətləndirilir. Azərbaycanda da estetik əməliyyatlar kifayət qədər geniş yayılıb. Bəs ölkəmizdə estetik əməliyyatlarla bağlı məsələlər necə tənzimlənir? Qanunvericilikdə boşluqlar varmı?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan tanınmış hüquqşünas, vəkil Ramil Vəliyev bildirib ki, Türkiyədə rinoplastika və bənzəri estetik müdaxilələrin “əsər” kimi qiymətləndirilməsi məhkəmə təcrübəsindən irəli gələn yanaşmadır.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində isə estetik əməliyyatlar əsasən tibbi xidmət göstərilməsi və istehlakçıların hüquqları kimi tövsir olunub:

“Bu o deməkdir ki, nəticə gözləntilərə uyğun gəlmədikdə pasiyent müqavilə pozuntusu və ya zərərvurma (delikt) əsasında pulun geri qaytarılması, qiymətin azaldılması, təkrar (ödənişsiz) korreksiya, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri ilə məhkəməyə müraciət edə bilər. Bu münasibətlər Mülki Məcəllə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir”.

Vəkil vurğulayıb ki, estetik əməliyyatlar mahiyyətcə tibbi xidmət göstərilməsidir:

“Azərbaycan qanunvericiliyində estetik əməliyyatların nəticəsinin “əsər” kimi ayrıca dəyərləndirilməsinə dair norma və ya sabit məhkəmə təcrübəsi mövcud deyil. Praktik olaraq əməliyyat xidmət müqaviləsi və tibbi fəaliyyət normaları üzrə qiymətləndirilir; nəticənin bəyənilməməsi “bədii əsərdən narazılıq” kimi deyil, keyfiyyətsiz xidmət və ya həkim səhvi sayılır və araşdırılır. Pasiyentin risklər haqqında aydın və dolğun məlumatlandırılması və bundan sonra könüllü razılıq verməsi həkimin məsuliyyətinin qiymətləndirilməsinə birbaşa təsir edir. İnformasiyanın kifayət etməməsi (məs., real nəticə diapazonu, fəsad ehtimalları, alternativlər açıqlanmayıbsa) xidmətin keyfiyyətsiz hesab edilməsinə və məsuliyyətin ağırlaşmasına yol aça bilər”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri