Icma.az
close
up
RU
Estetik əməliyyatı uğursuz alınarsa, pasiyent pulunu tələb edə biləcək? AÇIQLAMA

Estetik əməliyyatı uğursuz alınarsa, pasiyent pulunu tələb edə biləcək? AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə məhkəmələrinin son qərarlarına əsasən, burun və digər estetik əməliyyatlar artıq “əsər” sayılır. Yəni, əməliyyatı həyata keçirən həkimin əl işi pasiyent  gözləntilərinə cavab verməsə, vətəndaş məhkəməyə müraciət edərək ödədiyi pulu geri tələb edə bilər. Azərbaycanda da estetik əməliyyatlar kifayət qədər geniş yayılıb. 
Hüquqşünas Günay Əliyeva Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda estetik əməliyyatlarla bağlı hüquqi tənzimləmələr əsasən “İcbari Tibbi Sığorta haqqında” qanun, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun və digər normativ aktlarla müəyyən olunur:
“Lakin xüsusi olaraq estetik əməliyyatlara dair ayrıca bir qanun yoxdur. Bu o deməkdir ki, estetik əməliyyatlar daha çox ümumi tibbi xidmətlər çərçivəsində qiymətləndirilir. Əsas qayda həkim və pasiyent arasında bağlanan müqavilə və pasiyentin yazılı razılıq sənədidir. 
Pasiyent əməliyyatın riskləri barədə əvvəlcədən məlumatlandırılmalı, tibbi sənədlər imzalanmalıdır. Əgər həkim tibbi standartlara əməl etməzsə və nəticədə pasiyentdə sağlamlıq problemləri yaranarsa, məsuliyyət həm mülki, həm də cinayət qanunvericiliyi ilə müəyyən edilir. Lakin estetik əməliyyatların nəticəsi “gözlənti ilə reallıq” arasında fərq olduqda, pasiyentin hüquqlarını qorumaq bəzən çətinləşir. Çünki qanunvericilikdə “gözəllik nəticəsi” deyil, yalnız tibbi səhv və ya səhlənkarlıq əsas götürülür”. 
Hüquqşünas qeyd edib ki, bu isə müəyyən boşluq yaradır:
“Məsələn, pasiyent nəticədən narazı qaldıqda, yalnız həkimin tibbi səhvini sübuta yetirə bildikdə kompensasiya tələb edə bilər. Halbuki Türkiyədə olduğu kimi estetik əməliyyatların “əsər” kimi qiymətləndirilməsi pasiyentlərin hüquqlarını daha geniş qoruyur. 
Azərbaycanda belə bir mexanizmin tətbiqi həm pasiyentlər, həm də həkimlər üçün hüquqi aydınlıq yaradardı. Ölkəmizdə estetik əməliyyatlarla bağlı normativ bazanın təkmilləşdirilməsinə ehtiyac var. Bu sahədə mübahisələr məhkəmələrdə çox vaxt pasiyentlərin xeyrinə həll olunmur. Türkiyədəki təcrübə Azərbaycanda da hüquqi islahatlar üçün nümunə ola bilər”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see161

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri