Icma.az
close
up
RU
Yoxlamalar estetik əməliyyatı bahalaşdırdı

Yoxlamalar estetik əməliyyatı bahalaşdırdı

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mütəxəssislərin sayının azalması və bəzi klinikaların fəaliyyətini dayandırması qiymətlərə necə təsir edib?

Son aylarda plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı aparılan yoxlamalar sektorda ciddi dəyişikliklərə səbəb olub. Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində bir neçə cərrahın sertifikasiyası ləğv edilib. Hazırda araşdırmalar davam edir.

Mütəxəssislərin sayının azalması və bəzi klinikaların fəaliyyətini dayandırması isə plastik və estetik xidmətlərin qiymətlərinin artmasına gətirib çıxarıb. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu sahədə çalışan həkimlər xidmət haqlarını yüksəldiblər. Onların əsas arqumenti sektorda daha az mütəxəssisin qalması və keyfiyyətli xidmət göstərənlərin seçilməsidir.

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli modern.az-a bildirib ki, qiymət artımı müşahidə edilmir, çünki əməliyyatlar da azalıb. Hazırda bu sahədə son vəziyyət necədir, gözlənti nədir?

Plastik cərrah Elşən Nəsibov bildirib ki, qiymətlərdə artım yoxdur: “İndi bütün plastik cərrahları yoxlayırlar. Belə bir vaxtda kim risk edib qiyməti qaldıra bilər. Yoxlamalarla bağlı güclü axın yoxdur. Qiymətlər qalxsa, bir az da düşmə müşahidə olunar. Ona görə də qiymətlərin qalxması ilə bağlı deyilənlər real deyil”. Plastik cərrah Mircəfər Seyidin köməkçisi də qiymət qalxmasını təkzib edib: “Bizim əməliyyat xərclərində heç bir dəyişiklik yoxdur. Adətən pasiyentlər həkimin qəbulunda olur və danışıq əsasında qiymət təyin edilir. Bu, individualdır.  Hər pasiyentə eyni qiymət deyilmir. Qiymət hansı nahiyyənin əməliyyatından, nə qədər çəkməsindən asılı olaraq dəyişir. Amma qiymətlərimizdə artım yoxdur, eyni qayda ilə davam edirik”. Estetik cərrah Sami Saminin köməkçisi bildirib ki, burun əməliyyatı 3 mindən başlayır, lakin dəqiq qiymət həkim müayinəsindən sonra deyilir.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, qiymət artımına dair müəyyən sərbəstlik əvvəldən mövcud idi və klinikalar bu çərçivədə hansı xidmətlərə hansı tarifləri tətbiq edəcəklərini özləri müəyyənləşdirirdilər. Bu da o deməkdir ki, qiymətlərdə vahidlik yoxdur və müxtəlif klinikalarda fərqli təkliflər mövcuddur. Bazar iqtisadiyyatının qaydalarına əsasən, fərqli seçimlərin olması təbiidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu xidmətlər adətən icbari tibbi sığorta paketlərinə daxil edilmir. Bu səbəbdən də burada tətbiq olunan qiymət siyasəti fərqli yanaşmalarla müşayiət oluna bilər.

Digər tərəfdən, nazirliyin də vurğuladığı kimi, estetik əməliyyatlara qərar verilməzdən əvvəl peşəkar konsultasiyaların alınması mühüm əhəmiyyət daşıyır. Əgər əməliyyatlar həqiqətən də sağlamlıq üçün zəruridirsə, və ya insanın psixoloji rahatlığını təmin etmək üçündürsə, əlbəttə ki, belə müdaxilələr zəruri hesab oluna bilər. Lakin müşahidələr göstərir ki, bir çox hallarda insanlar sırf vizual dəyişikliyə nail olmaq məqsədilə təkrar-təkrar əməliyyatlara üz tuturlar. Görünür, qiymət artımı və mövcud ajiotaj fonunda insanlar bu sahədə qərar qəbul edərkən daha düşünülmüş və məsuliyyətli davranmalı olacaqlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Mart 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri